...

Qadın haqlarının qorunması cəmiyyətin inkişafına təkan verəcək - Türkiyə prezidenti

Siyasət Materials 5 Dekabr 2008 13:32 (UTC +04:00)
Qadın haqlarının qorunması cəmiyyətin  inkişafına təkan verəcək - Türkiyə prezidenti

Azərbaycan, Bakı, 05 dekabr / Trend / Türkiyə prezidenti Abdulla Gül qadın haqlarının qorunmasının cəmiyyətin inkişafına təkan verəcəyini bildirib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi dekabrın 5-də məlumat verib.

Gül, Türkiyənin qadın haqlarının qorunmasında dünyada ön sıralarda yer aldığını bildirərək, qadınların ölkə həyatında və siyasi inkişafında böyük yer tutduğunu vurğulayıb.

"Avropa Birliyinə üz tutan Türkiyə ölkədə qadın haqlarının qorunmasına bundan sonra da diqqət yetirəcək", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti