...

Bakıda qətl hadisəsi baş verib

Siyasət Materials 6 Dekabr 2008 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 dekabr / Trend , müxbir S. Kazımlı / Bakının Nərimanov rayonu ərazisində qətl hadisəsi baş verib. Ər həyat yoldaşını qısqanclıq zəminində öldürüb. Bu barədə Nərimanov rayon Polis İdarəsindən (RPİ) şənbə günü Trend - a məlumat verilib.

RPİ - dən bildiriblər ki, dekabrın 5-də saat 20:30 radələrində Çəmənzəminli küçəsi, ev 106, mənzil 92 ünvanında kirayənişin yaşayan Balakən sakini , 1956 -cı il təvəllüdlü Nəsib Musa oğlu Məmmədov mübahisə zəmnində qeyri - rəsmi yaşadığı 1959 - cu il təvəllüdlü Zöhra Hacıməmməd qızı Qarayevanı bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib. Nərimanov RPİ 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Məmmədov tutulub və istintaqa təhvil verilib. Mübahisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti