...

İranda bir neçə casus saxlanılıb – Təhlükəsizlik Komissiyasının üzvü

Siyasət Materials 10 Dekabr 2008 13:51 (UTC +04:00)

İran, Tehran, 10 dekabr/ Trend , müxbir A.Nəmdari/ İran parlamentinin Təhlükəsizlik Komissiyasının üzvü İsmayıl Kosari Trend -a atom stansiyalarında aparılan tədqiqatlar barədə qərb ölkələrinə informasiya ötürən bir neçə nəfərin həbs edildiyi barədə məlumat verib. Bu barədə "Kargozaran" və "Etimad" qəzetlərində də məlumat verilib.

İran KİV-i saxlanılanların sayını və onların adlarını dəqiqləşdirməyib. Etibarlı mənbələrdən verilən məlumatlara görə, onlar xaricə "proqramlar və tədqiqatlar barədə informasiya" ötürməklə məşğul olublar.

"Hazırda iş yerlərində (atom stansiyalarında) topladıqları məlumatları qərb ölkələrinə ötürməklə təqsirli bilinən şəxslər haqqında öyrənilir", - deyə Trend -a İran parlamentinin Təhlükəsizlik Komissiyasının üzvü Kosari bildirib.

Kosari baş verənlər barədə detalları açıqlamaqdan imtina edib. Lakin onun sözlərinə görə, yaxın vaxtlarda daha geniş informasiya açıqlanacaq.

İran qəzetlərinin verdiyi məlumata görə, saxlanılanlar atom stansiyalarında texniki, elmi və tədqiqat bölmələrində işləyiblər.

İsrailə casusluq etməkdə ittiham olunan İran vətəndaşı Əli Əştari iki həftə öncə edam olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti