...

Azərbaycan və Çexiya enerji əməkdaşlığı imkanlarını nəzərdən keçirirlər – səfir

Siyasət Materials 11 Dekabr 2008 17:17 (UTC +04:00)
Azərbaycan və Çexiya enerji əməkdaşlığı imkanlarını nəzərdən keçirirlər – səfir

Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir N.Abdullayeva/ Azərbaycan və Çexiya hökumətləri enerji əməkdaşlığı imkanlarını nəzərdən keçirirlər. Cümə axşamı Praqada, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Çexiyanın sənaye və ticarət naziri Martin Rimanla görüşündə bu mövzuda danışıqlar baş tutub, - Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə Trend -a bildirib.  

Tamamilə Rusiya qazından asılı olan Çexiya, Avropaya nəql edilən enerji ehtiyatlarının diversifikasiyasını dəstəkləyir.

Görüşdə Azərbaycan və Çexiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması məsələləri, qarşılıqlı sərmayələrin  müdafiəsi haqqında sazişin imzalanması perspektivləri, Çexiyanın Azərbaycanda səfirliyinin açılması ilə yaranacaq ticarət əməkdaşlığı üzrə yeni imkanlara toxunulub, - Tağızadə deyib. Səfirliyin gələn ilin əvvəlində açılması planlaşdırılır.

Azərbaycanın xarici işlər naziri Praqada rəsmi səfərdədir. Səfər çərçivəsində Məmmədyarov Çexiyanın xarici işlər naziri Karl Şvartsenberq, Senatın sədri Pjemisl Sobotko, parlamentin deputatlar palatasının sədri Miloslav Vilçeklə görüşüb.

Görüşlər zamanı Cənubi Qafqazda təhlükəsizlik, Çexiyanın Avropa İttifaqına sədrliyi və ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın xarici işlər nazirinin Çexiyaya səfəri başa çatıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti