...

Azərbaycanın "Təhsil haqqında" yeni Qanun layihəsi ilin sonuna qədər parlamentdə müzakirəyə çıxarılacaq

Siyasət Materials 12 Dekabr 2008 13:25 (UTC +04:00)
Azərbaycanın "Təhsil haqqında" yeni Qanun layihəsi ilin sonuna qədər parlamentdə müzakirəyə çıxarılacaq

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın "Təhsil haqqında" yeni Qanun layihəsi ilin sonuna qədər pralamentdə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

"Təhsil sahəsində beynəlxalq təcrübə və müxtəlif rəylər öyrənilib. Təhsil sistemləri müxtəlifdir. Əsas prinsip ondan ibarətdir ki, yeni qanun və təhsil sahəsi Boloniya sisteminə uyğun olmalıdır", - cümə günü jurnalistlərə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Trend - un arayışı: Azərbaycanın hazırda qüvvədə olan "Təhsil haqqında" Qanunu 1992-ci ildə qəbul olunub. 1995-ci ildən parlamentin Elm və təhsil məsələləri daimi komissiyasında yeni Qanun layihəsinin hazırlanmasına başlanılıb. Lakin ötən müddət ərzində Qanunu qəbul etmək mümkün olmayıb. 2007-ci ilin dekabrında yeni Qanun layihəsi parlamentdə birinci oxunuşda qəbul olunub (qanunlar parlamentdə üç oxunuşdan keçir).

Mirzəyev qeyd edib ki, Azərbaycanın ali təhsilinin Boloniya prosesinə uyğunlaşdırılması prosesi gedir. "Biz də çalışmışıq ki, yeni qanunda Boloniya prosesinin əsas üstünlükləri öz əksini tapsın", - deyə Milli Məclis Aparatının rəhbəri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti