...

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə səviyyəsinin artdığını qeyd edir

Siyasət Materials 12 Dekabr 2008 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend / ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə səviyyəsinin artdığını qeyd edir. "Azərbaycan hökuməti öz ərazisində insan alverinə qarşı mübarizdə ciddi səylər tətbiq edir", - deyə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən insan alveri ilə bağlı hesabatda bildirilir.

Hesabata əsasən, hakimiyyətin traffikinq qurbanları üçün sığınacaqların yaradılması və maliyyələşdirilməsi, insan alveri hallarına qarşı araşdırmaların səmərəliliyinin artırılması və insan alveri qurbanlarının identifikasiyasında hüquq mühafizə orqanları üçün xüsusi treninqlərin keçirilməsi istiqamətində tətbiq etdiyi səylər sayəsində, Azərbaycan ərazisində insan alverinin səviyyəsi aşağıdır. Sənəddə ölkə qanunvericiliyində də bununla bağlı təkmilləşmə olduğu qeyd olunur.

Azərbaycanda traffikinqdə ittiham olunan şəxslərə qarşı cəza tətbirləri də gücləndirilib. Dövlət Departamenti qeyd edir ki, 2006-ci ilin göstəricilərinə görə, Azərbaycanda 153 nəfər insan alveri ilə məşğul olan şəxs həbs olunub. Bu göstərici 2005-ci ildə 93 nəfərə bərabər olub.

Azərbaycanın insan alveri ilə mübarizə sahəsində zəif yeri, ölkənin tez-tez tranzit zonası kimi istifadə olunması ilə bağlıdır. Hesabatda bildirilir ki, bununla belə respublikada traffikinq qurbanları üçün pulsuz qaynar xətt hələ də mövcud deyil.

Hesabata əsasən, bütün ölkələr trafikkinq təhlükəsi üzrə bir neçə səviyyəyə bölünüb: 1 - ən təhlükəli; 2 - trafikkinq ilə mübarizə üzrə minimal tələblərin heç də hamısı normalara müvafiq deyil; 3 - artan risk - bu ölkələrdən böyük miqdarda trafikkinq qurbanları axını var və 4 - bu ölkələrin hakimiyyətləri trafikkinq ilə mübarizə üçün heç təbir görmür.

Azərbaycan Türkiyə, Latviya, Yunanıstan və digər ölkələr ilə birgə 2-ci səviyyəyə daxildir. Keçmiş Sovet ölkələri Rusiya, Ukrayna, Belarus və Ermənistan Dövlət Departamentinin hesabatında trafikkinq ilə mübarizə üzrə "minimal tələblərin heç də hamısı normalara müvafiq deyil" səviyyəsinə daxildir.

Məqalə müəllifi ilə əlvaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti