...

Müxalifət qüvvələri hakimiyyətin bacarıqsızlığına görə Gürcüstanın etibar və nüfuzunun zərər çəkməsinə yol verməməlidir – Nino Burcanadze

Siyasət Materials 12 Dekabr 2008 16:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Trend -un Avropa redaksiyasının Gürcüstan parlamentinin eks-spikeri, "Demokratik Hərəkat  - Vahid Gürcüstan" müxalifət partiyasının lideri Nino Burcanadze ilə müsahibəsi

- Gürcüstanda çox sayda müxalifət qüvvələri olduğu vaxtda, siz yeni "Demokratik Hərəkat - Vahid Gürcüstan"  müxalifət partiyasını yaratdınız. Onun məqsədi nədir?

- Mənim partiyamın və hər bir düşünən siyasi təşkilatın məqsədi mümkün qədər tez vaxtda yaranmış böhranlı vəziyyətdən ən tez və səmərəli çıxış yolları müəyyən etməkdən ibarətdir.

Mənim fikrimcə, biz Qərbdə Gürcüstan hökumətinə qarşı mövcud olan mənfi tendensiyaya görə həyəcan zəngi çalmalıyıq. Hər birimiz başa düşürük ki, bu gün ölkə hökuməti etibarı itirib. Lakin biz belə münasibətin bütün ölkəmizə keçməsinə yol verməməliyik.

Ölkəmiz və xalqımıza dəstək var. Lakin faicəvi haldır ki, Avropa liderləri sənin ölkənin rəhbərliyi haqqında ironiya ilə danışır, ciddi dialoqu davam etdirmək perspektivini görmürlər. Bu, Gürcüstan üçün faciə ola bilər.

- Bu o deməkdirmi ki, Qərb mövcud hakimiyyəti dəstəkləmir?

- Təəssüf ki, məndə tez-tez belə təəssürat yaranır ki, ölkədəki vəziyyət Gürcüstanın sərhədlərindən kənarda, burada göstərmək istədiklərindən daha real və obyektiv qəbul edilir.  Biz hamımız anlayırıq ki, ölkə rəhbərliyi ictimaiyyəti  maksimal dərəcədə öz təbliğat "qalpağı altında" saxlamağa can atır.

Vəziyyət elə inkişaf edir ki, donorlardan Qərb tərəfdaşlarının Gürcüstana vəd etdiyi böyük maliyyə yardımın alınması sual altına düşə  bilər. Bu, ilk növbədə, sadə vətəndaşların həyat səviyyəsinə təsir göstərəcək.

Müxalifət qüvvələri hakimiyyətin bacarıqsızlığına görə ölkənin etibar və nüfuzunun zərər çəkməsinə yol verməməlidir və buna görə birlikdə hakimiyyətin dəyişməsinə nail olmalıyıq.

- Bacarıqsızlıq özünü nədə göstərir, hakimiyyətin səhvləri  nədədir?

- Məsələn,  kadr seçimində. Hətta hökumətdəki son dəyişikliklər bir daha göstərir ki, ölkənin məsuliyyətsiz və mənəviyyatsız rəhbərliyi var. Reallıq hakimiyyətin ilk baxışda vacib qərarları necə qəbul etdiyini göstərir -qəflətən, qeyri-adekvat və düşünülməmiş.

Kadr dəyişiklikləri qərarı  anını  tuta bilməyən hakimiyyətə necə etibar etmək olar? Rəhbərlik xarici işlər nazirini Helsinkiyə vacib görüşlərə göndərir və eyni vaxtda naziri danışıqlardan geri çağırır və yalnız XİN rəhbərinin deyil, həm də parlamentin dörd il müddətinə təsdiqlədiyi səfirlərədək, bütün diplomatik korpusun dəyişməsi barədə qərar qəbul edir. Bu qərar ictimai narazılıq və qəzəb doğurub. Buna istinad edərək, Helsinkidə bizim banan respublikasına çevrilməyimiz barədə danışmayan bir ölkə qalmadı.

Belə qərarlar qəbul edən Gürcüstan hakimiyyəti ilə danışıqlar aparmağın mənasız olduğunu Helsinkidə bütün görüşlərdə  vurğulayan Rusiya nümayəndə heyəti bundan istifadə etdi.

Əlavə edə bilərəm ki, kadr dəyişiklikləri heç bir tənqidə davam gətirmir. Lakin məndə bəzi bəyanatlar hiddət doğurdu. Bu bəyanatlara görə, sən demə, bizim siyasətdə heç bir şeyi dəyişmək lazım deyil. Sən demə, ölkənin müharibəyədək olan perspektivləri olmalıdır. Sən demə, Rusiya ilə münasibətlər müharibəyədək olan ruhda davam etməlidir. Sən demə, avqustda heç bir şey baş verməyib.  Eyni zamanda, məsuliyyət hissi olan istənilən siyasətçi, küçədəki istənilən düşünən insan sizə deyəcək ki, müharibə Gürcüstanın həyatında hər bir şeyi dəyişib. Lakin təəssüf ki, bizim rəhbərlik bunu hiss etmir. Buna görə də, biz birlikdə prezident Saakaşvilinin rəhbərlik etdiyi hazırki hökuməti dərhal, Konstitusiya yolu ilə istefaya getməyə məcbur etməli və maksimal dərəcədə qısa müddətdə seçkilər keçirməliyik. Ölkənin daha dərin böhrana daxil olmaması üçün bunu indi etmək lazımdır. Hazırki hakimiyyətin dövründə ölkənin heç bir perspektivi yoxdur.

- Sizin fikriniczə, yeni prezident və parlament seçkilərinin hazırlanmasına nə qədər vaxt lazım olacaq?

- Düşünmürəm ki, bunun üçün iki və ya üç ay kifayət edəcək. Biz  hakimiyyətə ciddi təzyiq göstərməliyik. Fikrimcə, heç kimin illüziyası yoxdur ki, bu rəhbərlik özü seçkiləri təyin edəcək, heç kimin illyuziyası yoxdur ki, onlar könüllü surətdə KİV-i azad edəcək, mühiti demokratikləşdirəcək və başlıcası, Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edəcək.

- Siz hakimiyyətin növbədənkənar seçkilər təyin etməsinə hansı üsullarla nail olmaq niyyətindəsiniz?

- Çox vacibdir ki, bu, siyasi üsullarla əldə edilsin. İctimaiyyətin böyük gücü var və rəhbərlikdən güzəştlərə nail olmaq üçün hakimiyyətə təzyiq göstərə bilər - konkret olaraq, KİV-in azad edillməsi, Seçki Məcəlləsinə dəyişikliklər və düzgün və rəqabətli şəraitdə növbədənkənar seçkilərin keçirilməsini nəzərdə tuturam. Məhz Məcəlləyə dəyişikliklər edildikdən və KİV azad olunduqdan sonra, ölkədə ədalətli seçkilərin keçirilməsi mümkündür. Düşünrəm ki, bu, gələn ilin yazı və ya yazdan sonrası ola bilər.

Təkrar edirəm, biz dərin böhrandayıq və  vəziyyzt günbəgün dərinləşir və müvafiq tədbirlər görülməzsə, hazırki hakimiyyətin sürüklədiyi dalandan çıxmağa onilliklər lazım olacaq. O getməlidir.

- Hakimiyyət öz iradəsi ilə növbədənkənar seçkilər təyin etmək istəməzsə, sizin üçün küçə aksiyaları nə qədər münasibdir?

- İctimaiyyətin fəallığı barədə danışarkən, küçə aksiyalarını nəzərdə tutmurdum. Mövqe və siyasi mübarizənin müxtəlif üsulları var. Əvvəllər bəyan  etdiyim kimi, indi də deyirəm - Konstitusiya və qanunçuluq çərçivəsində küçə aksiyaları da siyasi fəaliyyət formasıdır. Lakin ümid edirəm və mənim istəyim belədir ki, küçə aksiyaları lazım olmayacaq və hakimiyyət ağıllı qərar qəbul edəcək. Lakin zərurət yaranarsa, mən bu etiraz formasını da istisna etmirəm - yalnız Konstitusiya, qanun çərçivəsində.

- Nino Burcanadze prezident vəzifəsinə namizədliyini irəli sürərsə, onun bu vəzifəni tutmaq  imkanı nə dərəcədə yüksəkdir?

- Hesab edirəm ki, bu mərhələdə imkanlar və rəqiblər haqqında danışmaz tezdir. Növbədənkənar seçkilərin təyin edilməsinə nail olmayınca, bu söhbətin mənası yoxdur. Bizim başlıca vəzifəmiz yuxarıda danışdığım prioritetlərə nail olmaq üçün uzlaşdırılmış  şəkildə fəaliyyət göstərməkdən ibarətdir. Bu, rəqiblərin reytinqi deyil, müxalifətin ümumi vəzifəsi olmalıdır. Bu halda belə çıxır ki, biz  malik olmadığımız vəzifələri bölürük. Belə danışıqlar, ən azı, düzgün deyil.

- Bu o deməkdirmi ki, müxalifət öz qüvvələrini birləşdirməlidir?

- Mən müxalifətin məqsədə  - prezident və parlament seçkilərinin təyin edilməsi məqsədinə çatmaq üçün birləşməli olduğundan danışmıram. Hər birimiz yaxşı başa düşürük ki, belə birlik ciddi müsbət nəticələr vermir. Əhali belə birliklərə etibar etmir. Lakin biz hərəkətlərimizin uzlaşdırılmasından danışırıq. Koordinasiya olmadan məqsədlərimizə çata bilməyəcəyik.

 - Kuluar məlumata görə, respublikaçılar və yeni sağlar İrakli Alasaniyanı prezidentliyə namizəd göstərmək niyyətindədirlər.  Burcanadze -Alasaniya əməkdaşlığının perspektivləri necədir?

- Mən cənab Alasaniya ilə çoxdan, hələ universitet illərindən tanışam; tələbəm olub. Onun istefa vermək və siyasətə gəlməklə bağlı qərarına gəldikdə isə, mən bu qərarı alqışlayıram. Dərindən əminəm ki, Gürcüstan siyasətinə nə qədər çox gənc gəlsə, bir o qədər yaxşıdır. Bizim son vaxtlar ciddi məsləhətləşmələrimiz olmasa da, tez - tez bu və ya digər məsələ ilə bağlı fikir mübadiləsi aparmışıq. Alasaniya  tezliklə gələcək və məqsədlərini bəyan edəcək.Əməkdaşlıq perspektivləri barədə bundan sonra danışarıq...

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti