...

İran, Suriya, Misir və İndoneziyanın parlament sədrləri Qəzzədəki vəziyyəti müzakirə edəcəklər

Siyasət Materials 13 Dekabr 2008 11:59 (UTC +04:00)

İran, Tehran, 13 dekabr / , müxbir A.Namdari/ İran parlamentinin Beynəlxalq Ələqələr İdarəsinin məlumatına əsasən, İran, Suriya , Misir və İndoneziya parlament sədrləri Qəzzə əhalisinin vəziyyətini müzakirə etmək məqsədi ilə görüşəcəklər. Məlumatda görüşün dəqiq vaxtı açıqlanmayıb.

İran parlamentinin sədri Əli Laricani cümə günü Misirin parlament sədri Əhməd Fəthiyə telefon zəngi edərək bu məsələni müzakirə edib.

İran və Misir parlament sədrləri telefon danışığı zamanı dörd ölkənin iştirakı ilə Qəzzə məsələsini müzakirə etmək üçün müştərək iclas keçirməyi qərara alıblar. Görüş Misrin paytaxtı Qahirədə keçiriləcək.

İsrail tərəfindən Qəzzə Zolağının blokadası HƏMAS hərəkatı üzvləri və İsrail ordusu arasında atışmaların bərpa olunması səbəbindən noyabrın 17- də başlayıb.

Asiya Parlamentlər Assambleyasının katibi Məhəmməd Hadinejad Hüseyniyan dördtərəfli iclasa hazırlıq işlərini görəmək məqsədilə Qahirəyə səfər edəcək.

Laricani telefon danışığında Misir və İran əlaqələrinin yaxın gələcəkdə istiləşəcəyinə inandığını bildirib.

Tehran- Qahirə münasibətlərində gərginlik 1978 - ci ildə Misir ilə İsrail arasında sülh sazişi imzalanandan sonra yaranıb. İran Misiri müsəlmanların maraqlarına xəyanətdə itiham edərək, onun ünvanına kəskin tənqidlə çıxış edib və ərəb ölkələrini Misirin Yaxın Şərqdə yürütdüyü siyasəti dəstəkləməməyə çağırıb.

İran KİV-in verdiyi məlumata görə, müsəlmanların Qurban bayramı günlərində Qum şəhəri dini ali təhsil müəssisələrinin iranlı tələbələri Tehranda Səudiyyə Ərəbistanı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Bazar ertəsi isə, İranın müxtəlif şəhərlərindən olan tələbələr Misirin İrandakı diplomatik nümayəndəliyi qarşısında mitinq keçiriblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti