...

Azərbaycanda yeni müxalif Aydınlar partiyası yaradılıb

Siyasət Materials 14 Dekabr 2008 14:51 (UTC +04:00)
Azərbaycanda yeni müxalif Aydınlar partiyası yaradılıb

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda Aydınlar adlı yeni müxalifət partiyası yaradılıb. "Aydınlar Partiyası ölkədə keçiriləcək bütün seçkilərdə iştirak edəcək. Yaxın məqsədimiz 2009-cu ilin bələdiyyə və 2010-cu ilin parlament seçkilərində iştirak etməkdir. Uzaq məqsədimiz isə 2013-cü ildə keçiriləcək prezident seçkilərinə qatılmaqdır", deyə yeni partiyanın bazar günü keçirilən qurultayda sədr, sabiq deputat Qulamhüseyn Əlibəyli bildirib.

Treyl News-un məlumatına görə, partiyanın qurultayında 201 nümayəndə iştirak edib.

Trend - un arayışı: Qulamhüseyn Əlibəyli 1992-1993 - cü ildə prezident Elçibəyin müşaviri və parlamentdə rəsmi nümayəndəsi olub. 1995 -ci ildən 2005 -ci ilədək iki dəfə ardıcıl olaraq Milli Məclisin deputatı seçilib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. O, 1989 - cu ildən AXC-nin üzvü, 1993 - cü ildən AXCP Ali Məclisinin sədri idi. Avqustun əvvəllərində AXCP Ali Məclisinin sədri vəzifəsindən istefa verib, sentyabrın axırında yeni Aydınlar Partiyası yaradacağı məlum olub. AXCP üzvü Nizami Quliyev də partiyadan istefa verərək, Aydınlar Partiyasının sıralarına qoşulacağını bildirib.

Oktyabrın əvvəlində AXCP-nin Lənkəran, Samux və Qax rayon şöbələrinin sədrləri istefa veriblər.

Aydınlar partiyası Təşkilat komitisənin sədri Qulamhüseyn Əlibəyli bildirib ki, bu ilin sentyabrın 24-də Aydınlar partiyasının yradılması barədə bəyanat qəbul edilib və beş nəfərdən ibarət Təşkilat koitəsi yaradılıb. Onun sözlərinə görə, 30 rayon və şəhərdə partiyanın yerli şöbələri yaradılıb. "Azərbaycanda 55-dən artıq siyasi partiya var. Onların siyasi fəaliyyətlərini həyata keçirmək imkanları məhduddur. Belə bir vəziyyətdə siyasi münasibətlər, qanun və siyasi əxlaq çərçivəsində həyata keçirilmir. İqtidar və müxalifət bir birini qəbul etmirlər. Ona görə də cəmiyyət dalan vəziyyətinə gəlib", deyə o əlavə edib.

Əlibəyil qeyd edib ki, bütün bunlar nəticəsində cəmiyyətin siyasətçilərə inamı itib. O bildirib ki, yeni yaradılan partiya, cəmiyyətin siyasətçilərə inamını bərpa etmək üçün ənənəvi siyasətdən fərqli siyasət həyata keçirməyə cəhd edəcəkdir: "həm hakimiyyət həm də müxalifətə olan inamsızlığı aradan qaldırmağa çalışacayıq".

Əlibəyli deyib ki, iqtidar və müxalifətə eyni münasibət bəslənəcək. Amma ənənəvi müxalifətdən fərqli olaraq hakimiyyəti tanımamaq siyasətini həyata keçirməyəcəklər: "Biz əsas vəzifəmizi mitinqlərdə görmürük, maraqlarımız, məqsədlərimiz - Dağlıq Qarabağ münaqişəsinin həlli və seçki qanuvericiliyin təkminləşdirilməsi bütün siyasi qüvvələrlə əməkdaşlıqda həyata keçirəcəyik".

Sonda partiyanın 45 nəfərdən ibarət olan Ali Məclisi və 5 nəfərdən ibarət nəzarət komisiyası seçilib. Partiyanın nizamnaməsi təstiqolunub. Qulamhüseyn Əlibəyli partiyanın sədri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti