...

Azərbaycanın cənubunda fərdi evin uçması faktı ilə bağlı cinayət işi açılıb

Siyasət Materials 15 Dekabr 2008 10:50 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 15 dekabr / Trend , müxbr P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr aralı) fərdi evin uçması faktı ilə bağlı cinayət işi açılıb.

Dekabrın 14 - də saat 11:15 radələrində Lənkəranın Şiləva kəndi ərazisində Baxşiyev Asiman Vəli oğluna məxsus yarımtikilmiş fərdi ev çöküb. Fəhlələrdən üçü uçqun altında qalıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olsa da, biri 39 yaşlı Məmmədov Rəhim Şaban oğlu hadisə yerində keçinib.

Lənkəran rayon prokurorluğundan bazar ertəsi Trend -a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin tikinti, mədən və s. işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda (222.3) maddəsi ilə cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti