...

Azərbaycanın parlamenti Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib

Siyasət Materials 16 Dekabr 2008 14:04 (UTC +04:00)
Azərbaycanın parlamenti Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti bu gün keçirilən iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsini qəbul edib.

Məcəlləyə əlavə və dəyişikliklə bağlı prezident İlham Əliyev qanunvericilik təşəbbüsü ilə parlamentə müraciət edib. Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında müzakirə olunub.

Seçki Məcəlləsinin 11-1- ci maddəsində seçkinin (referendumun) gedişinə qanunsuz müdaxiləyə yol verilməsinə görə cinayət məsuliyyəti yaradan hallar sırasına vəzifə səlahiyyətləhindən sui-istifadə edilməsi daxil edilib. Bundan əlavə, dəyişikliyə əsasən, seçkiqabağı təşviqat apararkən sui-istifadə hallarına yol verilməsi zamanı müvafiq seçki komissiyası hüquq -mühafizə orqanlarından başqa, məhkəməyə də müraciət edə bilər.

115 - ci maddədə seçkinin, referendumun nəticələrinə təsir məqsədilə vəzifə səlahiyyətlərindən sui - istifadə edən subyektlər sırasına, seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifəsinin icrası dayandırılmayan dövlət və bələdiyyə xidmətində qeydiyyata alınan namizədlər də aid edilib.

116 - cı maddədə cərimələrin tətbiqi üçün Məntəqə, Dairə və Mərkəzi seçki komissiyalarına inzibati protokol tərtib etməkdən başqa, məhkəməyə müraciət etmək səlahiyyəti də verilir.

İclasda çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov deyib ki, Məcəlləyə əlavə və dəyişikliklər edilməsinin məqsədi seçki qanunvericiliyinin pozulmasına məsuliyyət dairəsinin müəyyən edilməsi və gücləndirilməsinə xidmət edir.

Məcəlləyə əlavə və dəyişikliklərin edilməsini müxalifət deputatları dəstəkləməyib. Qanun layihəsi 94 lehinə, 5 əleyhinə səs verilməklə qəbul edilib. 2 deputat səsvermədə iştirak etməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti