...

Gürcüstanın yeni müdafiə naziri Amerika hərbçiləri ilə görüşüb

Siyasət Materials 16 Dekabr 2008 18:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Amerikanın müdafiə sahəsində əməkdaşlıq xidmətinin rəhbər şəxsləri - polkovnik - leytenant Pol Rayli və müavini mayor Metyu Atkis və ABŞ -ın ikitərəfli yardım ofisinin rəhbəri mayor Artur Heysman Gürcüstanın Müdafiə Nazirliyində olublar.

Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqlar arasında ABŞ -ın müdafiə sahəsində müşavirlər qrupunun rəhbəri general Ronald Manqum və onun müavinləri Rendi Uilyams və Bill Kreyven də olub.

Görüşdə Gürcüstan tərəfindən müdafiə naziri David Sixarulidze, nazirin birinci müavini Batu Kuteliya, nazir miüavini Qiorqi Muçaidze və Beynəlxalq Münasibətlər və Avrointeqrasiya Departamentinin rəhbəri Nino Bakradze iştirak ediblər.

ABŞ -ın müdafiə sahəsində əməkdaşlıq xidmətinin rəhbəri Birləşmiş Ştatlarda keçirilən məsləhətləşmələr zamanı Gürcüstan və Amerika arasında təhlükəsizlik sahəsində müəyyən olunan əməkdaşlığın əsas istiqamətləri ilə iştirakçıları tanış edib. Pol Rayli idarələrin 2009-cu il əməkdaşlıq planını təqdim edib.

David Sixarulidze müdafiə sahəsində göstərilən yardıma görə qonaqlara təşəkkürünü bildirib. O, təhsil, hərbi doktrina və s. üzrə sənədlərin hapzırlanmasında da kömək göstəriləcəyinə ümid etdiyini bildirib.

Tərəflər belə görüşlərin müntəzəm xarakter alacağı barədə razılaşıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti