...

''Ermənilərdən üzr istəyirik'' kampaniyası Türkiyədə siyasi böhran yarada bilər-Trend News-un icmalçısı

Siyasət Materials 18 Dekabr 2008 16:47 (UTC +04:00)

Trend - un Yaxın Şərq Redaksiyasının rəhbəri Rufiz Hafizoğlu

Türkiyə - Erəminstan əlaqələri Prezident Gülün Yerevana futbol matçını "izləməsi" səfərindən sonra artan templə inkişaf etməkdədir və hadisələrin bu cür inkişaf edəcəyi heç kimdə şübhə doğurmurdu. Ermənistan nəinki Gülün səfərinə ciddi hazırlaşmışdı, bu görüşdən sonra hansı diplomatik addımların atılacağı da məlum idi. Türkiyədə liberal İslamçı hökumətin, əvvəlki milliyyətçi höküəmətdən fəqli olaraq, Avropa İttifaqına daha fərqli mövqedən yanaşması və Aİ - yə üzvlükdə daha israrlı olması ermənilərin iki dövlət arasında əlaqələrin bərpasında daha da aktivləşməsi ilə nəticələndi.

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) Aİ- yə can atmasının bir çox iqtisadi səbəbləri ilə yanaşı, ölkə universitetlərində uzun illərdən bəri davam edən baş örtüyü məsələsinin hələ də həllini tapmamasıdır. AKP Aİ- yə tam hüqüqlü üzvluk əldə etməklə, bu problemi insan haqları Konvensiyası çərçivəsində həll etmək niyyətindədir.

Bu və digər daxili problemlərin həlli isə, yalnız Aİ -yə üzlüklə öz həllini tapa bilər. Artıq heç kimə sirr deyil ki, bir vaxtlar Baş Nazir Rəcəb Tayyib Ərdoğanın Xristian Klubu adlandırdığı Aİ Türkiyənin deyil, Ermənistanın maraqlarına uyğun hərəkət edəcək.

Unudulan əsas məqamlardan biri də hazırda Aİ-yə rəhbərliyin ermənilərin ikinci vətən hesab etdikləri Fransada olmasıdır. 2009- cu ilin birinci yarısından Aİ-yə rəhbərlik Türkiyəyə daha sərt və barışmaz mövqe nümayiş etdirən Yunanıstana keçəcək. Erməni diplomatları bunu çox gözəl dərk edir və məhz bu reallıqlardan çıxış edərək, Türkiyə ilə əlaqələrini "qardaşlıq və qonşuluq" prinsipləri üzərində qurmaq istəyirlər.

İki ölkə arasında aparılan "dialoq" və "qonşuluq" siyasəti tezliklə bəhrəsini verdi. Türkiyə bu məsələdə daha aktiv tərəf kimi Erəmənistana qarşı jest edərək, İstanbul-Yerevan hava reysi açmağı planlaşdırdı və Trakyada və Nevşehir universitetlərində erməni dili və mədəniyyəti fakultələri açdı.

Erəminstan da, öz növbəsində, Türkiyəyə qarşı "qardaşlıq" prinsipindən çıxış edərək, Yerevanın bu ölkəyə qarşı heç bir torpaq iddiasında olmadığını və əlaqələrin inkişafı üçün "erməni soyqırımı" məsələsini gündəmdən uzaqlaşdırdı.

Hadisələrin məntiqi ardıcıllığı isə, sərhəddlərin açılması planının hissə hissə yerinə yetirilməsinə xidmət edir.

Türkiyədə bir qrup "ziyalının" Osmanlı imperiyası dövründə ermənilərə qarşı törədilən "soyqırıma" görə üzr istəmə kampaniyası isə, ölkə daxilində gözlənildiyindən çox səs- küyə səbəb oldu.

Ölkə rəsmiləri və siyasi partiyalar bu kampaniyaya qarşı kəskin münasibət bildirdilər, hətta AKP və Prezident Ablullah Gülün ünvanına sərt bəyanatlardan belə çəkinmədilər.

Verilən bəyanatlar zamanı diqqəti çəkən məqamlardan biri isə, Baş Nazir Ərdoğanın və Gülün bir - birindən

kəskin şəkildə fərqlənən bəyanatları idi.

Ölkə prezidenti Gül: "Türkiyə hər kəsin öz fikrini açıq şəkildə ifadə etmək hüququna malik olduğu bir ölkədir" - deyə məsələyə münasibət bildirsə də , Baş nazir bu kampaniyanın arxasında bir çox qara niyyətlərin dayandığını söylədi. Ərdoğan "ziyalı" adlanan bu şəxslərin ara qarışdırmağa, insanları münaqişəyə çəkməyə çalışdıqlarını söylədi. O,bu kampaniyanı başlayan "ziyalıların" Ergenekon terror təşkilatı ilə əlaqədar olduğunu də bildirdi.

İki dövlət rəsmisinin eyni məsələyə müxtəlif münasibət bildirməsi erməni məsələsində Turkiyə rəhbərləri arasında fikir ayrılığının göstəricidir. Prezident Gülün "üzr istəmə" kampaniyasına soyuqqanlı yanaşması ölkə daxilində ana müxalifətin fəallaşması ilə nəticələndi.Heç şübhəsiz, hakim partiyadan narazı olanlar və ölkəni parçalamağa çalışan qüvvələr Türkiyədə yarana biləcək vəziyyətdən öz məqsədləri üçün istiyadə etməyə çalışacaqlar. Bu, hətta ölkədə vəttəndaş qarşıdırmasına da gətirə bilər. Parlamentin bu kampaniyaya münasibət bildirmək üçün parlamentdə təmsil olunan partiyalar adından müraciət qəbul etmək istəyi kürdyönlü Demokratik Toplum Partiyası (DTP) tərəfindən kəskin etirazla qarşılandı və bu, deyilənlərə sübutdur.

Hadisələrin belə gedişi və erməni lobbisinin aktif fəaliyyəti Türkiyənin yeni daxili böhrana sürüklənməsi ilə nəticələnə bilər.

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti