...

Buşa atılan ayaqqabı İraqın muzeyində saxlanılmalıdır- Tehranın cümə imamı

Siyasət Materials 19 Dekabr 2008 15:38 (UTC +04:00)

Tehranın cümə imamı İraqlı jurnalistin Corc Buşa atdığı ayaqqabı Bağdadın müzeyində saxlanılmasını təklif edib.

İraqın əl- Bəğdədiyyə televiziyasının jurnalisti Müntəzir əl - Zeydi, dekabrın 15 - də ABŞ prezidenti Corc Buş Bağdadda mətbuat konfransı keçirdiyi zaman "Bu da sənin xudahafizliyin it!", - deyə, ayaqqabısını Buşa tərəf atmışdı.

Tehranın cümə imamı dekabrın 19 - da cümə namazında verdiyi bəyanatda, iraqlı jurnalistin bu addımını "müqavimət rəmzi" adlandıraraq bildirib ki, onun azadlığı üçün İran və İraqda xalq "ayaqqabı aksiyası" həyata keçirməlidir. Bu haqda FarsNews agentliyi məlumat yayıb.

Müntəzir əl-Zeydi İraqın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub və onun əleyhinə məhkəmə işi qaldırılıb. İraqda hər hansı bir ölkənin prezidentinə fiziki hücuma görə 7 - 15 il həbs cəzası müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti