...

Azərbaycanda baş verən müsbət dəyişiklikləri Konstitusiyada əks etdirmək çox vacibdir - deputat

Siyasət Materials 19 Dekabr 2008 18:57 (UTC +04:00)
Azərbaycanda baş verən müsbət dəyişiklikləri Konstitusiyada əks etdirmək çox vacibdir - deputat

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir C.Babayeva/ Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Azərbaycanın Konstitusiyasına müsbət dəyişikliklərin edilməsini çox vacib hesab edir.

"Son illər Azərbaycanda baş verən müsbət dəyişikliklər, yeni demokratik mühitin yaradılması və prezident seçkisində əldə edilmiş təcrübə dövlətin Əsas Qanununda öz əksini tapmalıdır. Dünyanın bütün ölkələrində dövri olaraq Konstitusiyaya dəyişiklik və əlavələr edirlər. Avropanın müxtəlif ölkələrində bu tez-tez müşahidə olunur", - Mirzəzadə cümə günü Trend -a bildirib.

Deputatın sözlərinə görə, cəmiyyətin Konstitusiyada bir şəxsin iki dəfədən artıq təkrar prezident seçilməsinə dair məhdudiyyətlərin götürülməsi haqqında məsələni geniş müzakirə etmək hüququ var. "Bu məsələdə son sözü seçici deyəcək. Seçicinin bu məsələyə münasibəti onun hansı mövqedən çıxış etdiyini göstərəcək", - deputat deyib.

Azərbaycan parlamenti cümə günü Konstitusiyada bir şəxsin iki dəfədən artıq təkrar prezident seçilməsinə qoyulan məhdudiyyəti ləğv edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları daimi komissiyaları cümə axşamı keçirdikləri birgə iclasda "Konstitusiyaya əlavə və dəyişikliklər haqqında Referendum Aktını" qəbul edərək, onu Parlamentin iclasına təqdim ediblər. Spiker Oqtay Əsədovun təşəbbüsü ilə parlament Azərbaycan Respublikası Konstitusiyasından 101- ci maddənin 5 - ci bəndini ləğv edib. Bu bəndə əsasən, bir ölkə vətəndaşı dövlət başçsı postuna ardıcıl olaraq iki dəfədən artq təkrarən seçilə bilməzdi.

Onun əvəzinə, ölkə müharibə şəraitində olduğu təqdirdə, prezident seçkiləri müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bir şəxsin iki dəfədən artıq prezident seçkilməsi ilə bağlı tətbiq edilən məhdudiyyətin ləğv edilməsi üçün referendumun keçirilməsi təklifi ilə çıxış edib. Parlamentdə təmsil olunan bir neçə siyasi partiya, ictimai təşkilatlar və ziyalılar bu təklifi dəstəkləyiblər.

Prezidentin səlahiyyət müddəti beş ildir. Azərbaycan Konstitusiyası 1995 - ci ildə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Konstitusiyaya digər dəyişikliklər 108 -ci maddə - əvvələr Azərbaycan prezidenti seçilmiş şəxslərin hüquqları və onların statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administarsiyası adlandrılması ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (Maddə 152).

AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya Azərbaycan prezidenti tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti