...

Gürcüstan və Azərbaycan arasında anlaşma və əməkdaşlıq mövcuddur – xarici işlər naziri (video)

Siyasət Materials 22 Dekabr 2008 16:10 (UTC +04:00)
Gürcüstan və Azərbaycan arasında anlaşma və əməkdaşlıq mövcuddur – xarici işlər naziri (video)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir R.Novruzov/ "Gürcüstan və Azərbaycan arasında anlaşma və əməkdaşlıq mövcuddur", - Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bazar ertəsi Bakıda bildirib.

"Avqust hadisələri bizim regionda sülhün nə qədər kövrək olduğunu və dost ölkələrimizin bir-birindən nə qədər asılı olduğunu göstərdi", - Vaşadze azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlardan sonra jurnalistlərə bildirib. Danışıqlar Grcüstanın yeni xarici işlər nazirinin Bakıya ilk rəsmi səfəri çərçivəsində baş tutub.

İki ölkənin xarici işlər nazirləri bir sıra ikitərəfli və regional əməkdaşlıq məsələlərini, regiondakı vəziyyəti müzakirə ediblər. "Biz BMT, ATƏT kimi beynəlxalq təşkilatların çərçivəsində GUAM-ın əməkdaşlığını, regional Bakı - Tbilisi - Ceyhan, Bakı - Tbilisi - Ərzurum və Bakı - Tbilisi - Qars layihələrində əməkdaşlığı müzakirə etdik", - Məmmədyarov vurğulayıb.

Gürcüstanın xarici işlər naziri ikigünlük səfərlə Bakıya gəlib. Səfər çərçivəsində Vaşadze Azərbaycan prezidenti İlham Əliyev və Baş nazir Artur Rasizadə ilə görüşəcək.

"Bir müddət əvvəl Gürcüstan və Azərbaycan qazın tədarükü haqqında beşillik tarixi saziş imzaladılar. Bizim  münasibətlərimizdə problem yoxdur. Vahid mövqeyin işlənilməsini tələb edən bəzi məsələlər var ki, bunun üçün də Bakıya səfərə gedirəm", - gürcüstanlı diplomat Bakıya gəlməzdən əvvəl bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti