...

Qafqazdakı münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə Gürcüstan - Rusiya birgə komissiyası yaradılıb

Siyasət Materials 22 Dekabr 2008 17:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Qafqazdakı münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə Gürcüstan-Rusiya birgə komissiyası yaradılıb. Gürcüstan nümayəndə heyəti bazar ertəsi keçirilən mətbuat konfransında Rusiyaya üçgünlük səfərinin nəticələrini açıqlayıb.

"Corcian Tayms" qəzetinin sahibi Malxaz Qulaşvilinin sözlərinə görə, komissiya Rusiya İctimai Palatasının üzvü Maksim Şevçenkonun təşəbbüsü ilə yaradılıb. Gürcüstan - Rusiya birgə komissiyasının iclası Palatada da keçirilib, iclasın yekunları üzrə konkret nəticələr əldə edilib.

"Biz, münaqişənin nəticələrinin aradan qaldırılması üzrə birgə komissiyanın yaradılması; Gürcüstan və RF arasında nəqliyyat əlaqəsinin bərpa edilməsi ilə əlaqədar, Rusiya prezidenti və xarici işlər nazirinin adına birgə müraciət tərtib edilməsi; ictimai təşkilatların yardımı zamanı hər iki tərəfin bu və ya digər tərəfdən saxladıqları şəxslərin siyahısının dəqiqləşdirilməsi barədə razılığa gəldk. Axalqoridə humanitar vəziyyətə böyük diqqət ayrılmalıdır, mədəniyyət, din və informasiya sahəsində münasibətlərin  inkişafını davam etdirmək lazımdır", - Qulaşvili deyib.

Onun sözlərinə görə, vəd edilən hava əlaqəsinin yanvarda bərpa ediləcəyi güman olunur. Bundan başqa, Gürcüstanın kənd təsərrüfatı məhsullarının Rusiyada satışına icazə veriləcək.

Komissiyanın həmsədrləri aşağıdakılardır - Gürcüstan tərəfdən Malxaz Qulaşvili, Rusiya tərəfdən İctimai Palatanın üzvü Maksim Şevçenko. Gürcüstan tərəfdən komissiyaya Qafqazın işləri üzrə ekspert Mamuka Areşidze, "Gürcüstan-film"in Müşahidə Şurasının rəhbəri Soso Caçvliani, aktyor və rejissor Qoqi Kavtaradze, rusdilli "Azad Gürcüstan" qəzetinin baş redaktoru Tato Lasxişvili, keşiş Pyotr və başqaları daxildir.

Qulaşvilinin sözlərinə görə, birgə komissiyanın üzvləri Qafqaz Xalqları Konqresinin nümayəndələri ilə görüşüblər. Görüşdə abxazlar və osetinlər də iştirak ediblər. "Biz həm ruslar, həm də osetin və abxazlarla dialoqa hazır olmağımızla bağlı mövqeyimizi müəyyən etmişik", - o əlavə edib. Nümayəndə heyətinin üzvləri deyirlər ki, onların səfəri Rusiya KİV-də geniş işıqlandırılıb.

"Patriarx II İliyanın Moskvaya səfəri mühüm əhəmiyyət daşıyıb və bu səfərdən sonra komissiya yaşıl işıq alıb", - Mamuka Areşidze deyib. Onun sözlərinə görə, səfər patriarxla razılaşdırılmışdı, Gürcüstan parlamentinin sədri və reinteqrasiya məsələləri üzrə dövlət naziri onun gedişi barədə məlumatlandırılmışdı.

Gürcüstan-Rusiya birgə komissiyasının növbəti görüşü Tbilisidə keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti