...

Ekspertlər Vaşinqtonun Qəbələ RLS -dən istifadə imkanını istisna etmirlər

Siyasət Materials 22 Dekabr 2008 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir E.Tariverdiyeva, R.Ağayev/ Amerika ekspertləri Qəbələ RLS - dən ABŞ - ın raket əleyhinə müdafiə (RƏM) sistemində istifadəyə şübhə etsələr də, MDB - dən olan ekspertlər bu imkanı istisna etmirlər.

"Obama administrasiyası Azərbaycanda RƏM sistemlərini yerləşdirməyəcək. Belə ki, Buş administrasiyası ilə müqayisədə, Obama administrasiyası bütün ballistik raket əleyhinə müdafiənin səmərəliliyi ilə bağlı daha şübhəli əhval - ruhiyyədədir", - Qafqaz üzrə amerikalı ekspert Mark Kats (Mark Katz) bildirib.

ABŞ Senatının beynəlxalq işlər komitəsinin sədr müavini Riçard Luqar Moskvaya səfərində Rusiyanın Azərbaycanda RƏM - in yerləşdirilməsi ilə əlaqədar təşəbbüsünə diqqətlə yanaşmağa çağırıb. Amerikanın yeni seçilmiş prezidenti Barak Obama ölkənin Avropada RƏM sistemi elementlərinin yerləşdirilməsi layihəsindən imtina etməyəcək, - Luqar ötən cümə axşamı "Exo Moskva" radiostansiyasının efirində deyib.

"Ola bilsin, Rusiyanın Azərbaycanda məntəqənin (Qələbə RLS) yerləşdirilməsi təşəbbüsü bir variant kimi nəzərdən keçiriləcək", - Luqar qeyd edib.

Moskva, böyük səkkizliyinin 2007 - ci ilin yayında keçirilən sammitində ABŞ - a Azərbaycandakı Qəbələ RLS - dən,  Rusiyanın cənubunda Armavirdə raket buraxılışlarının xəbərdar edilməsi üzrə tikilən stansiyadan birgə istifadəni təklif edib.

Amerikanın təhlükəsizlik ekspertləri yeni prezident administrasiyasının Rusiya ilə qarşıdurmaya getmək istəyinə şübhə etdiklərindən, Qəbələ RLS - dən istifadəyə ehtimalın az olduğunu hesab edirlər. 

Obama administrasiyasının Azərbaycanda RƏM sistemini yerləşdirəcəyinə şans çox azdır, - təhlükəsizlik üzrə amerikalı ekspert Yanis Stivaçtis (Yannis Stivachtis) bildirib.

O hesab edir ki, yeni seçilmiş prezident Obama özünün seçkiqabağı kampaniyası zamanı başa salıb ki, ABŞ - ın yeni administrasiyası Rusiya ilə qarşıdurmaya deyil, münasibətlərin diplomatik yolla yaxşılaşdırılmasına nail olmağa çalışacaq.

"ABŞ - ın Azərbaycanda RƏM sistemini quraşdırması isə, yalnız qarşıdurmaya gətirə bilər", - Virciniya Universitetinin (ABŞ) beynəlxalq münasibətlər şöbəsinin direktoru Stivaçtis elektron poçtla Trend - a bildirib.

Ekspertin rəyinə görə, Amerikanın RƏM sisteminin Azərbaycanda yerləşdirilməsi Rusiya hökumətinin ABŞ - ın Şərqi Avropada quraşdırılmış RƏM sisteminin İran və ya istənilən digər ölkə deyil, RF - yə qarşı yönəlməsi ilə əlaqədar, boş yerə ehtiyat etmədiyini sübut edəcək.

ABŞ İran tərəfindən raket təhdidindən müdafiə bəhanəsi altında 2010 - cu ilədək Çexiyada radar, Polşada isə, 10 tutucu raket yerləşdirmək niyyətindədir. Rusiya bu sistemlərin onun təhlükəsizliyini təhdid edəcəyindən ehtiyat edir. RF prezidenti Dmitri Medvedyev noyabrın əvvəlində bildirib ki, Amerika RƏM - in elementlərinin Avropada yerləşdirilməsinə cavab olaraq, Rusiya Kalininqrad əyalətində "İskander" raket kompleksləri yerləşdirəcək, bundan əlavə, RƏM elementlərinin radioelektron susdurulmasını tətbiq edəcək.

"Yeni seçilmiş prezident Obama və onun administrasiyası nə Azərbaycanda, nə də Polşa və Çexiya Respublikalarında raket əleyhinə müdafiə sistemini yerləşdirməyəcək", - Corc Meyson İnstitutunun (ABŞ) professoru Kats elektron poçtla Trend - a bildirib.
 Obama administrasiyası dəfələrlə bəyan edib ki, İranla münasibətləri yaxşılaşdırmağa çalışacaq, - o hesab edir. "Obamanın RƏM - in yerləşdirilməsindən mümkün imtinası Tehran tərəfindən müsbət jest kimi nəzərdən keçirilməli və İran bunu qiymətləndirməlidir", - Kats deyib.

Lakin rusiyalı ekspert ABŞ - ın Qəbələ RLS - dən məhz RF ilə münasibətlərin yaxşılaşdırılması məqsədilə istifadəni mümkün hesab edir.

Yeni prezidentin seçildiyi ABŞ sərt birtərəfli yanaşmadan istifadə etməməklə, digər tərəfdaşlardan da, Rusiyadan da ona lazım olana nail olmağa çalışacaq, - təhlükəsizlik üzrə rusiyalı ekspert Mixail Remizov hesab edir. "Bununla yanaşı, nəticə eyni olacaq - kiçik xərclərlə Amerika maraqlarının farvaterində hərəkət", - Milli Strategiya İnstitutunun prezidenti Remizov Trend - a bildirib. Onun rəyinə görə, bu baxımdan Azərbaycandakı Qəbələ stansiyasından Rusiya ilə birgə istifadə ABŞ üçün yaxşı imkandır. "Bu, Obama üçün Avropada RƏM - in yerləşdirilməsini ən azı tam həcmdə sürətləndirməməyə bəhanə ola bilər", - o deyib.

Azərbaycanlı ekspert hesab edir ki, Amerika RƏM - in Azərbaycanda yerləşdirilməsi, ABŞ - ın geosiyasi məkanda uğurla manver edərək, Qafqaz regionunda real balanslaşdırılmış xətt aparan yeganə ölkədə möhkəmlənməsidir.

"Azərbaycanda RƏM - in yerləşdirilməsi Moskvanın ölkədəki mövqelərinin zəifləməsindən xəbər verir. Bu, Azərbaycanın NATO - ya üzvlüyünə ümidverici bünövrə yaradacaq, yalnız Rusiya və İranın deyil, öz müdafiə proqramları ilə Amerika siyasətçilərini daha çox sıxan Çinin raket proqramlarına bütün strateji dəhlizləri bağlayacaq", - "LİDER" Media Holdinqi analitik qrupunun eksperti Tofiq Abbasov Trend - a bildirib.

Onun sözlərinə görə, bu təşəbbüsün uğuru ABŞ üçün İran, eləcə də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kimi nüfuzlu islam ölkələrinə qarşı etibarlı arxa yaradacaq.

Amerika müşahidəçiləri ABŞ - ın hazırda Qələbə RLS - dən istifadə etməyə hazırlaşmadığına əmin olsalar da, bəzi analitiklər gələcəkdə hadisələrin bu şəkildə inkişafını istisna etmirlər.

Amerikanın RƏM sisteminin Azərbaycanda yerləşdirilməsi qərarı Rusiyanın hərəkətlərinə cavab olaraq qəbul edilib. "Məsələ, ABŞ - la qarşıdurmaya  təhrikin Kreml maraqlarına nə dərəcdə uyğun olmasındadır. Bu isə, öz növbəsində, Vaşinqtonu Azərbaycanda RƏM - in yerləşdirilməsinə sövq edəcək", - Stivaçtis hesab edir.

Bəzi analitiklər iddia edirlər ki, hazırda ABŞ - ın qarşılaşdığı iqtisadi problemlər Birləşmiş Ştatlara meydan oxumaqda Rusiyaya xeyli imkanlar təqdim edir, - ekspert deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti