...

Lebzyak boks üzrə Azərbaycan komandasının baş məşqçisi olmayacaq

Siyasət Materials 23 Dekabr 2008 00:45 (UTC +04:00)
Lebzyak boks üzrə Azərbaycan komandasının baş məşqçisi olmayacaq

Azərbaycan, Bakı, 23 dekabr / Trend müxb.V.Əliyev/ Olimpiya çempionu və Rusiyanın boks üzrə milli komandasının sabiq baş məşqçisi Aleksandr Lebzyak Azərbaycan seçməsində çalışmaqdan imtina edib.

"Ves Sport" agentliyinə verdiyi müsahibəsində o, istefası və gələcək planları haqqında söz açıb: "Federasiya prezidenti və rəyasət heyətinin qərarına hörmətlə yanaşıram. SSKA-ya dönəcəm və yığma üçün uşaqlar hazırlayacam. Heç vaxt başqa ölkənin komandasına rəhbərlik etməyəcəm. Mən Rusiya vətəndaşıyam və vətənpərvərəm. Heç vaxt heç yerə getməyəcəm".

Hazırda Azərbaycan boks yığmasına Nəriman Abdullayev rəhbərlik edir. Lakin yaxınlarda Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Abıyev bildirmişdir ki, ona əvəz axtarır. Mümkün namizədlər sırasında Lebzyakın da adı çəkilirdi.

Xəbər lenti

Xəbər lenti