...

Yeni yaradılan "İrəli" İctimai Birliyinin Azərbaycan cəmiyyətində öz yeri və nüfuzu olacaq – nazir (video)

Siyasət Materials 24 Dekabr 2008 11:56 (UTC +04:00)
Yeni yaradılan "İrəli" İctimai Birliyinin Azərbaycan cəmiyyətində öz yeri və nüfuzu olacaq – nazir (video)

Azərbaycan, Bakı, 24 dekabr/ Tren , müxbir C.Babayeva/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov yeni yaradılan "İrəli" İctimai Birliyinin Azərbaycan cəmiyyətində öz yeri və təsirinin olacağına əmindir.

""İrəli" yeni ictimai birliyi - Gənclər Hərəkatının bazasında yaradılır. "İrəli" öz fəaliyyəti ilə Azərbaycanın inkişaf və uğurlarını xaricdə təşviq edib", - deyə çərşənbə günü Rəhimov İctimai Birliyin təsis konfransında bildirib.

"İrəli" ümumrespublika gənclər hərəkatının sıraları altı min nəfərdən çoxdur. Hərəkat üç illik fəaliyyəti dövründə müxtəlif istiqamətli 500-dən çox layihə həyata keçirib. "İrəli" də fəaliyyət göstərən 28 klub və departament Azərbaycan gənclərinin müxtəlif fəaliyyət istiqamətlərini əhatə edir.

Hərəkat təsisçiləri dekabrın 9 - da "İrəli" nin fəaliyyətinin dayandırılması barədə qərar qəbul ediblər. Onlar bunu qarşılarına qoyduqları məqsədlərə nail olmaları ilə izah edirlər.

"İrəli"nin bazasında eyni adlı ictimai birliyin yaradılması haqqında qərar qəbul olunub.

Nazir bildirib ki, "İrəli"nin istək və məqsədləri hərəkat çərçivəsinə sığmırdı. " "İrəli" nin yeni statusda ölkənin ən qabaqcıl qüvvələrini öz ətrafında birləşdirəcəyinə inanıram", - deyə Rəhimov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti