...

İlham Əliyevin rasional, balanslaşdırılmış və ölçülü siyasəti dövlətçiliyin səmərəli inkişafına əsas yaradır -- Azərbaycan Prezidenti İcra Aparatının şöbə müdiri

Siyasət Materials 25 Dekabr 2008 17:58 (UTC +04:00)
İlham Əliyevin rasional, balanslaşdırılmış və ölçülü siyasəti dövlətçiliyin səmərəli inkişafına əsas yaradır -- Azərbaycan                                        Prezidenti İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 25 dekabr/ Tren müxbir C.Babayeva/ Azərbaycan Prezidentinin İcra aparatı Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov ilə Trend - un müsahibəsi

- Ötən il Azərbaycan üçün mühüm olub; oktyabrda prezident seçkisi keçirilib, Konstitusiyada bəzi müddəaların dəyişdirilməsi mümkünlüyü nəzərdən keçirilir, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni sazişlər imzalanıb, Bakı -Tbilisi - Qars dəmir yolunun tikintisinə başlanıb və s. Başa çatmaqda olan ili necə qiymətləndirərdiniz?

- Tamamilə doğrudur, ötən il həm regional, həm də qlobal proseslər baxımından olduqca məzmunlu oldu. Daxili siyasi məsələlər kontekstində əsas element cəmiyyətin demokratik konsolidasiyaya səy göstərdiyini nümayiş etdirən növbəti prezident seçkisinin keçirilməsindən ibarət olduğu ilə tamamilə razıyam. Bu seçkilər siyasi, iqtisadi və sosial həyatın simmetrik islahatlar bazisini yaradaraq, ölkənin gələcək inkişafını irəlicədən müəyyən etdi. Bundan əlavə, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilən seçkinin açıq və demokratik mahiyyəti, növbəti illərdə hakimiyyətin vəzifələrinin ölkənin demokratik inkişafının intensivləşdirilməsi, həyatımızda vətəndaş cəmiyyəti institutlarının rolunun təkmilləşdirilməsindən ibarət olduğunu deməyə imkan verir.

Bunlarla yanaşı, bu il vətəndaş cəmiyyəti bazisinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Dövlət ilk dəfə olaraq QHT-lərə Dəstək Fondu vasitəsilə müxtəlif Qeyri -Hökumət Təşkilatlarının layihələrini maliyyələşdirməyə başlayıb. Kütləvi informasiya vasitələri sahəsində də bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib ki, bu da hökumətin "dördüncü hakimiyyət" nümayəndələrinə daim diqqət göstərdiyini deməyə əsas verir.

Siyasi mədəniyyət sahəsində müəyyən irəliləyişlər başlayıb. Mən bunu bir sıra müxalifət partiyalarının seçkilərdə qələbə münasibəti ilə prezidenti təbrik etməsi və prezidentin cavab təşəkkürü ilə bağlayıram. Bu gün demək olar ki, ölkədə artıq yeni müxalif mühit formalaşır, təbii ki, bu , cəmiyyətin müəyyən əhval- ruhiyyəsini əks etdirir. Belə ki, biz bu barədə daim danışırıq - müxalifətin mövcudluğu demokratik mövcudluğun mühüm artibutudur. 2008 - ci ildə ölkə Parlamentində ayrı - ayrı siyasi təşkilatların təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklər müzakirə edilməyə başlandı ki, bu da ölkənin perspektivli inkişafının müzakirəsinə əsas verir. Şübhəsiz , bu məsələdə əsas söz cəmiyyətə məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərin edilib - edilməməsinə onlar "hə", ya da "yox" deyəcəklər. Olduqca maraqlı olan daha bir amili qeyd etməyə bilmərəm. Ölkədə 1992 - ci ildə qəbul olunmuş və bu gün köhnəliyi ilə siyasi məkanı real olaraq çətinliyə salan "Siyasi partiyalar haqqında" Qanunun müzakirəsinə başlanıb. Partiyaların maliyyələşdirilməsinin mümkünlüyü məsələsinin müzakirəsi ölkədə siyasi təşkilatların yerinin və rolunun formasını tədricən dəyməsindən xəbər verir.

Xarici siyasət kontekstində, bütövlükdə bir sıra mühüm və əhəmiyyətli addımların atılması məsələsində də sizinlə tamamilə razıyam. Bunlar Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tərəfləri kimi konkret göstərilmiş Moskva Bəyannaməsi, BMT-də Dağlıq Qarabağ münaqişəsi üzrə Qətnamənin qəbul edilməsi, Bakı -Tbilisi - Qars dəmir yolu tikintisinin başlanması, Türkiyənin Baş nazirinin Qafqaz Platformasının yaradılması təşəbbüsü ətrafında müzakirələrdir. Ötən il beynəlxalq arenada baş verən və ölkəyə təsir göstərən proseslərin mahiyyəti bir çox hallarda, sadəcə olaraq, qeyd edilməsi vacib olan bir sıra hadisələrlə müəyyənləşib.

Birincisi, bu, Rusiya - Gürcüstan arasında Cənubi Osetiya ətrafında münaqişədir, bura təkcə münaqişə tərəfləri deyil, bütün dünya ictimaiyyəti cəlb olunmuşdu. ABŞ və Rusiya arasında RƏM ərtafında danışıqların yekunu üzrə yaranan gərgin qarşılıqlı münasibətlər Gürcüstan - Rusiya münaqişəsindən sonra, formalaşan dünya nizamı oriyentirlərini daha da sıxışdırdı. İndi hər bir ölkənin öz maraqlarını qızğın şəkildə müdafiə etdiyi çoxqütblü dünya nizamı barədə düşünməyə və danışmağa dəyər. İkincisi, unutmaq lazım deyil ki, Rusiya və ABŞ - da bu il prezident seçkiləri keçirilib, elitanın dəyişməsi həmişə beynəlxalq arenada müəyyən ritorika ilə müşayiət olunub. Üçüncüsü olduqca əhəmiyyətlidir, - dünya maliyyə böhranı, qloballaşma kimi, bütün dünya məkanını bürüyür. Bütün bunlar bizim həyat tərzimizə təsir göstərir və təbii ki, gündəlikdə iz buraxır. Ümumilikdə dünya ictimaiyyəti hələ də dünyanın müxtəlif paytaxtlarında müzakirələr mövzusu olan Əfqanıstan, İraq ətrafındakı proseslər, İran və Şimali Koreya ətrafındakı məsələlərlə yaşayır. Bunlarla yanaşı, neftin aşağı qiymətləri, müəyyən tərəflərin Avropaya yeni tədarük yolları formalaşdırmaq niyyəti, həmişə müsbət nəticələnməyən yeni müzakirələrə zəmin yaradır. Bu il ümumilikdə çətin keçdi, lakin eyni zamanda, ehtimal ki, maraqlı. Bu ili "Analogiya ili" adlandırardım, çünki biz onu həm Böyük tənəzzül dövrünün başlandığı il, həm də "soyuq müharibə"nin başlanmasından xəbər verən Fulton danışıqları ili ilə müqayisə edirdik. Bütün bu proseslər bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən reallaşdırılan xarici siyasət xətlərinin alternativinin olmadığını göstərir. Rasionallıq, balanslaşdırma və ölçülülük İlham Əliyev siyasətinin mahiyyətini müəyyən edir və dövlətçiliyin səmərəli inkişafına əsas yaradır.

Milli iqtisadiyyatdan danışarkən ölkənin nəzərəçarpacaq uğurlarını qeyd etmək lazımdır. Bu, ölkə ÜDM - nın əhəmiyyətli dərəcədə artması, əmək haqlarının qaldırılması, onlarla yeni sosial və sənaye obyektlərinin açılması, ümumilikdə Azərbaycan iqtisadiyyatının müasirləşməsindən ibarətdir. Bunun nəticəsində 2008 - ci ildə Azərbaycan islahatçı ölkəyə çevrildi və Doing Business - 2008 -in yekunları üzrə birinci oldu. İkincisi, vergi və gömrük sahələrində "vahid pəncərə" vasitəsilə maksimal liberallaşmadır. Üçüncüsü, Azərbaycana sərmayədarların cəlb edilməsi xəttinin davam etdrilməsidir.

- Sİzin fikrinizcə, yaxın perspektivdə Azərbaycan üçün hansı məqsəd və vəzifələr prioritet olacaq?

- Prezident İlham Əliyevin vəzifə perspektivinə ölkənin siyasi,iqtisadi və sosial - mədəni həyatanın müasirləşdiriməsi daxildir. Bu həm siyasi islahatlar, həm Azərbaycan cəmiyyətinin iqtisadi inkişafının davam etdirilməsi və əlbəttə, yeni əxlaq normaları və stereotiplərin mərhələli transformasiyasıdır. Bunlarla yanaşı, ölkədə təhsilin səviyyəsinin təkmilləşdirilməsinə mühüm əhəmiyyət verilir. Biz hamımız başa düşürük ki, millətlərin gələcəyinin keyfiyyətli və səmərəli formalaşması məhz təhsil mühitindən keçir.

Xarici siyasət kontekstində, Azərbaycan gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin köklü beynəlxalq hüquq prinsipləri əsasında ədalətli həllinə nail olmağa çalışacaq. Azərbaycan bu gün güclü ölkədir və bizim qonşularımız anlamalıdırlar ki, həmişə işğalçı olmaq mümkün deyil. Bununla belə, bizim beynəlxalq ictimaiyyətin bütün iştirakçılarına balanslaşdırılmış və çoxşaxəli yanaşmaya əsaslanan xarici siyasət yolumuz gələcəkdə də davam etdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti