...

İsrail regoinda sabitlik və sülh tətərfdarıdır  –xarici  işlər  nazri

Siyasət Materials 29 Dekabr 2008 18:08 (UTC +04:00)
İsrail regoinda sabitlik və sülh tətərfdarıdır  –xarici  işlər  nazri

İsrailin  xarici  işlər  nazri  Sipi Livni  ölkəsinin  Qəzzə zolağlında keçirdiyi hərbi əməliyyatlara münasibət bildirərək, rəsmi Tel-Əvivin  regionda sülh tərəfdarlı olduğunu qeyd edib.

"Qəzzdə baş verənlərə görə Həmas məsuliyyət daşıyır. Biz hərbi əməliyyatlara başlamazdan əvvəl dinc  əhalini Qəzzəni tərk etməyə çağırmışıq "- deyə o bildirib.Bu  haqda Əl-Cəzirə telekanalı məlumat verib.

Livni İsrailin fələstinlilərin dostu olduğunu və onların daha yaxşı  və  sülh  şəraitində yaşamalarını istədiyini bildirib.

"Bizim düşmənimiz  fələstinlilər deyil. Düşmənimiz Həmas, İran və Hizbullahdır"-deyə o  əlavə edib.

Dekabrın 27-də  günorta satlarından başlayaraq, İsrailin Hərbi Hava Qüvvələri Qəzzə zolağını raket atəşinə tutublar. Dekarbın 19 - da  Həmas təşkilatı və Israil arasında  müvəqqəti  atəşkəsin başa  çatmasından  sonra,  Həmas dörd fələstinlinin qətlinə cavab olaraq, Israilin  Sederot va Aşkelon yaşayış məntəqələrini  raket atəşinət tutub.

Israilin dekabrın 27 - də  keçirdiyi  hərbi  əmaliyyatlar zamanı 310 nəfər həlak olub, 700  nəfər  yaralanıb.

Həmas təşkilatının Qəzzədəki  matbuat xidmətindən Trend -a verilən məlumata  görə, ölən və  yaralananların əksəriyyəti qadın və uşaqlardır. Həmas və Islami Cihad  ldierləri  İsrail rəsmilərindən  Qəzzədə  törədilən cinayətlərə  görə  qisas alacaqlarını  bildirblər.

Həmas İsrailin Qəzzə zolağının  bombalamasına cavab olaraq, Sderot və Aşkelon yəhudi məntəqələrinə  60 - a yaxın raket zərbəsi  endirib.  İsrail  hökuməti  Aşkelon və Sederotda fövqəladə vəziyyət elan edib.

Xəbər lenti

Xəbər lenti