...

Azərbaycan və Rusiyanın bu ili ikitərəfli münasibətlərin müsbət inkişafına yazmağa hər cür əsasları var – xarici işlər nazirinin birinci müavini

Siyasət Materials 29 Dekabr 2008 19:31 (UTC +04:00)
Azərbaycan və Rusiyanın bu ili ikitərəfli münasibətlərin müsbət inkişafına yazmağa hər cür əsasları var – xarici işlər nazirinin birinci müavini

Rusiya, Moskva, 29 dekabr/ Trend , müxbir R.Ağayev/ Azərbaycan və Rusiyanın bu ili ikitərəfli münasibətlərin  müsbət inkişafına yazmağa hər cür  əsasları var, - bazar ertəsi Moskvada Trend -un müxbirinin sualını cavablandıran RF xarici işlər nazirinin birinci müavini Andrey Denisov bildirib.

Onun sözlərinə görə, başa çatmaqda olan il ərzində hər iki ölkə prezidentlərinin səfərləri, şəxsi tanışlıq və qarşılıqlı əlaqələri baş tutub.

"İkitərəfli münasibətlərin sabit, dinamik, artan inkişafının bütün əlamətləri göz qabağındadır", - Denisov deyib.

Onun rəyinə görə, ümumilikdə Azərbaycan - Rusiya münasibətləri cari ilin avqustunda Cənubi Qafqazdakı böhranın sınaqlarına davam gətirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti