...

Bu gün Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü qeyd olunur

Siyasət Materials 31 Dekabr 2008 00:00 (UTC +04:00)
Bu gün Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü qeyd olunur

Azərbaycan, Bakı, 31 dekabr / Trend / Dekabrın 31-i  Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü qeyd olunur.

Dünyada on milyonlarla azərbaycanlı yaşayır. Onlar təkcə öz vətənləri - Azərbaycan Respublikası (Şimalı Azərbaycan) və İranda (Cənubi Azərbaycan) deyil, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, Yaxın Şərq ölkələrində də yaşayırlar. Ən çoxsaylı Azərbaycan diasporu Rusiyada fəaliyyət göstərir, müxtəlif məlumatlara görə, onların sayı 1,5 - 2 mln. nəfərdir.

Azərbaycan Respublikasının yaradılması azərbaycanlıların cəmiyyətdə mövqeyinin fəallaşması və onların şüurunun artması üçün güclü təkan oldu. Milli əlaqələrin gücləndirilməsinə, milli dirçəlişə təlabat artdı.

Prezidentin fərmanı ilə 1993-cü il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olundu.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti