...

Rafiq Həririnin qətlini yalnız xüsusi komissiya araşdıracaq – Livanın "Əl-Mustəkbəl" hərəkatının rəhbəri

Siyasət Materials 3 Mart 2009 09:01 (UTC +04:00)
Rafiq Həririnin qətlini yalnız xüsusi komissiya araşdıracaq – Livanın "Əl-Mustəkbəl" hərəkatının rəhbəri

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir Ü.Sadıqova /

Livanın keçmiş Baş nazir Rafiq Həririnin qətlinin araşdırması ilə yalnız beynəlxalq komissiya məşğul olacaq, buna görə heç kim bu prosesə müdaxilə edə bilməz. Bu barədə Livan parlamentində əksəriyyəti təşkil edən "Əl-Mustəqbəl" koalisiyasının rəhbəri Səd Həriri bildirib.

"BMT Təhlükəsizlik Şurasının Qətnaməsinə əsasən, təsis edilən komissiya bizim tanış olmadığımız bu tədqiqatların məxfiliyinin saxlanılmasında maraqlıdır", - deyə Trend -a eksklüziv müsahibəsində qətlə yetirilən Baş nazirin oğlu Səd Həriri bildirib.  

İki dəfə Livanın Baş nazir postunu tutan Həriri 2005-ci il fevralın 14-də törədilən terror aktı nəticəsində qətlə yetirilib. İttihamlar Suriyanın xüsusi xidmət orqanlarının üzərinə düşüb, çünki Həriri Suriyanın Livanın daxili siyasətinə müdaxilə etməsi və Suriya qoşunlarının 30 il müddətində ölkədə mövcud olmasına qarşı çıxış edirdi.

Martın 1-i Hollandiyanın Leydsendam şəhərində BMT yanında Livan üzrə xüsusi tribunal 2005-ci ilin fevral ayında törədilən terror aktı nəticəsində öldürülən keçmiş Baş nazir Həririnin qətli üzrə təhqiqatlara başlayıb. Təhqiqatı Kanada baş prokrorunun keçmiş müavini Daniel Belmar aparır. Əvvəllər qətlin təhqiqatı ilə Beynəlxalq tribunalın sabiq Yuqoslaviya üzrə hazırkı prokuroru Serj Brammertsin başçılıq etdiyi beynəlxalq müstəqil komissiya məşğul olub.

Qətlə yetirilən Baş nazirin oğlu Səda Həririnin sözlərinə görə, o, təhqiqatların gedişatına müdaxilə etməyəcək, çünki bununla beynəlxalq komissiyanın nümayəndələri məşğul olacaqlar.

"Bu nə mənim, nə də digərlərinin səlahiyyətlərinə daxildir", - deyə livanlı deputat bildirib.

Onun sözlərinə görə, araşdırma ilə yalnız məhkəmə komissiyası məşğul olur və komissiya müxtəlif ölkələrdən olan müstəntiqlərin apardığı iş zamanı aşkar olunan konkret fakt və sübutlara əsaslanır.

Həriri Livanın son on il ərzində qətlə yerilən antisuriya siyasəti yürüdən altıncı nüfuzlu siyasətçisidir. Xüsusi komissiyanın məlumatına görə, araşdırmalar zamanı yeni faktlar aşkar edilməyincə ittiham Dəməşqin üzərindən götürülməyəcək.

Livanın "Vataniya" informasiya agentliyinin verdiyi məlumata görə, ötən həftə Livan məhkəməsi keçmiş Baş nazirin qətlində şübhəli bilinən yeddi nəfərdən üçünü həbsdən azad edib.

Azad olunanlardan ikisi Livan vətəndaşları - Əhməd və Mahmud Abdel Əalə, biri isə suriyalı İbrahim Carcuradır. Abdel Əalə qardaşları təhqiqatlara müdaxilə etməkdə ittiham olunaraq 2005-ci ilin oktyabrında, Carcura isə 2006-cı ilin yanvarında yalan ifadələr verdiyinə görə həbs edilmişdilər. Həririnin qətli zamanı Livanın dövlət təhlükəsizlik orqanlarında rəhbər vəzifələri tutan dörd Livan generalı hələ də həbsdədir. Onlar prezidentin mühafizə xidmətinin keçmiş rəhbəri Mustafa Həmdan, əsgəri kəşfiyyatın keçmiş komandanı Reymond Azar, həmçinin daxili təhlükəsizlik xidmətlərinə rəhbərlik edən Cəmil Seyid və Əli Hacdır. Onlar keçmiş Baş nazir Həririnin qətlinin təşkil edilməsində iştirakda şübhəli bilinərək 2005-ci ildə həbs olunublar və iş üzrə yeganə fiqur olaraq qalmaqdadırlar. Dörd il aparılan araşdırmalar zamanı onların heç birinə qarşı qətlin təşkili və ya icrası üzrə birbaşa ittiham irəli sürülməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti