...

Azərbaycanın müxalifyönlü partiyası mitinq keçirmək üçün müraciət edib

Siyasət Materials 2 Mart 2009 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycanın müxalifyönlü Müasir Müsavat Partiyası (MMP) radikal müxalifətin referendum üzrə təşviqat qrupları ilə eyni gündə kütləvi aksiya keçirmək niyyətindədir. MMP martın 9-da mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.  

"Referendumun əleyhinə təbliğat aparan təşviqat qrupları xalqı təxribata çəksələr, qarşılarında bizi görəcəklər", - bazar ertəsi Trend -a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Trend -un arayışı: Müasir Müsavat Partiyası martın 1-də keçirmək istədiyi mitinq üçün BŞİH-nin təklif etdiyi yerlə razılaşmayıb. MMP Bakının mərkəzi meydanlarının birində mitinq keçirmək istəsə də, partiyaya "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin "Bibiheybət" stadionu təklif edilib. MMP müxalifət partiyalarının referendum üzrə "Qarabağ və Respublika Uğrunda Hərəkat" təşviqat qrupunun mitinqinə etiraz olaraq onlarla eyni gündə mitinq keçirmək niyyətində idi.

Hacıyev deyib ki, mitinqə hazırlıq üzrə təşkilat komitəsi fəaliyyətini davam etdirir. "Mitinqə icazə veriləcəyi təqdirdə, aksiyaya partiyanın rayon təşkilatlarının üzvlərinin də qatılacağı gözlənilir", - MMP sədri bildirib.

Onun sözlərinə görə, radikal müxalifət icazəsiz mitinq keçirsə, Müasir Müsavat Partiyası da icazəsiz aksiya keçirəcək. ""Qarabağ və Respublika Uğrunda Hərəkat" təşviqat qrupunun mitinqinə icazə verilib, bizə icazə verilməyəcəyi təqdirdə də, icazəsiz aksiya keçirəcəyik", - Hacıyev deyib.

"Qarabağ və Respublika Uğrunda Hərəkat" təşviqat qrupu martın 9-da Bakının mərkəzi meydanlarının birində kütləvi aksiya keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti