...

GÜAM-ın Praqadakı iclasında Gürcüstan, Azərbaycan və Ukrayna tərəfləri birgə yeni layihələrlə çıxış edəcəklər

Siyasət Materials 2 Mart 2009 17:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 mart / Trend , N. Kirtsxaliya / Mayın 5-də Praqada GUAM-ın iclasında Gürcüstan, Azərbaycan və Ukrayna tərəfləri bir neçə birgə yeni layihələr təqdim edəcəklər. Bu barədə bazar ertəsi ənənəvi brifinqdə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bildirib.

Bir neçə gün öncə Kiyevdə GUAM ölkələri nazirlərinin konkret layihələrin müzakirə edildiyi görüşü keçirilib.  

Nazirliyin məlumatına əsasən, Gürcüstan tərəfi Avropa-Atlantik İnteqrasiyası məsələsində Ukrayna tərəfi ilə sıx əməkdaşlıq edir.

Vaşadzenin sözlərinə görə, Kiyevdə GUAM ölkələri qərara alıblar ki,hər kvartalda müvafiq departamentlərin rəhbərlərinin ikitərəfli görüşləri keçiriləcək və bütütn planlar buna uzlaşdırılacaq. 

"Bu ona görə vacibdir ki, AŞ-nın Şərq tərəfdaşları ayrı-ayrı ölkələrlə əməkdaşlıqda deyil, həmçinin regional layihələrdə də maraqlıdır. Bu səbədən ikitərəfli görüşlərdə GUAM-ın mayın 5-də Praqada yeni layihələrlə çıxış etməsi üçün Azərbaycanla birlikdə 5-6 layihənin işlənib hazırlanmasında razılaşmışıq", - deyə Gürcüstanın xarici işlər naziri bildirib.

O, həmçinin GUAM-ın Kiyevdə yeni qərargahının açılması və Ukraynaya səfəri məsələlərinə də toxunub. Nazirin sözlərinə görə, enerji nəqli dəhlizi barədə də danışıqlar aparılır.

"Ukrayna bir daha qeyd edib ki, Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir", - deyə Vaşadze bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti