...

Prezident İlham Əliyev Bərdədə Tarix-Diyarşünaslıq muzeyinin açılışında iştirak edib

Siyasət Materials 2 Mart 2009 18:57 (UTC +04:00)

Prezident Ilham Əliyev Bərdədə Tarix-Diyarşünaslıq muzeyinin açılışında iştirak edib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.   

Dövlətimizin başçısı muzeyin açılışını bildirən lenti kəsib.

Muzeylə tanış olan Prezidentə məlumat verilib ki, 2008-ci ilin sentyabrında başlanılmış tikinti işləri qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılıb.
İki salonda Bərdənin qədim tarixini, mədəniyyətini əks etdirən eksponatlar, o cümlədən qədim Bərdənin maketi, binanın özülü qazılarkən tapılan əşyalar nümayiş etdirilib.

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib, muzeyin kollektivinə uğurlar arzulayıb.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti