...

AŞ Azərbaycanı Konstitusiyaya dəyişikliklərin edilməsi üzrə referendumun keçirilməsini dayandırmağa çağırmayıb – Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 3 Mart 2009 12:15 (UTC +04:00)
AŞ Azərbaycanı Konstitusiyaya dəyişikliklərin edilməsi üzrə referendumun keçirilməsini dayandırmağa çağırmayıb – Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir C.Babayeva /

Avropa Şurası Azərbaycanı ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumun keçirilməsini dayandırmağa çağırmayıb. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Azərbaycan Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq edir və Komissiyanın hüquqi məsələlərlə bağlı fikirlərini nəzərə alır. "Referendum ölkənin daxili işidir və Avropa standartlarına zidd deyil", - deyə Həsənov bildirib.

 

Avropa Şurasının yerli və regional hakimiyyət konqresi bürosu martın 2-də Azərbaycan hakimiyyətini ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumun keçirilməsini dayandırmağa çağırıb. Büro hakimiyyətə Azərbaycan Kostitusiyasına təklif edilən dəyişikliklər üzrə Venesiya Komissiyasının mövqeyini gözləməyi təklif edir.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

"Referendum beynəlxalq müşahidə obyekti deyil, bu, hər bir dövlətin daxili işidir", - deyə Həsənov bildirib.

O deyib ki, ATƏT-in müşahidəçi missiyasının səlahiyyətlərinə parlament və prezident seçkilərinin gedişatını müşahidə etmək daxildir.

Buna baxmayaraq, Azərbaycan referendumu müşahidə etmək üçün Avropanın nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələrini dəvət edib. "Digər beynəlxalq təşkilatlar bizə referendumu izləmək xahişi ilə müraciət edərlərsə, onlar üçün də hər bir şərait yaradılacaq", - deyə o bildirib.

Azərbaycanda referendumun keçirilməsi ilə əlaqədar təsis edilən təşviqat qrupları fevralın 18-dən təşviqat kampaniyasına start veriblər. Referendum üzrə qəbul edilən təqvim planına əsasən, təşviqat kampaniyları martın 16-da gecəyarıya kimi başa çatdırılmalıdır.

Təşviqat qrupları üçün İctimai Televiziyada pulsuz efir vaxtı şənbə günü saat 18:15-dən 19:45-dək, İctimai Radioda isə çərşənbə günü saat 20:15-dən 21:45-dək ayrılıb.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da aqitiv kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Xəbər lenti

Xəbər lenti