...

Səudiyyə Ərəbistanı İran zəvvarlarının təhlükəsizliyini təmin etməlidir - İran Parlament nümayəndələri

Siyasət Materials 4 Mart 2009 16:11 (UTC +04:00)

İran Parlamentinin 180 nümayəndəsi çərşənbə günü bəyanat yayaraq Səudiyyə Ərəbistanından bu ölkəyə "Allahın Evini" ziyarət etmək məqsədi ilə səfər etmək istəyən zəvvarların təhlükəsizliyini təmin etməsini tələb ediblər. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Bu bəyanat çərşənbə günü İran Parlamentinin iclasında parlamentin rəyasət heyəti tərəfindən oxunub. Parlament nümayəndələri İranın Ali Dini rəhbərinin Həcc məsələləri üzrə nümayəndəsindən tələb ediblər ki, bu məsələni Səudiyyə Ərəbistan rəsmiləri ilə müzakirə etsin. 

Bəyanatda bildirilir ki, "Kəbə" İslam dünyasının qibləsidir. Bütün müsəlmanlar dini inanclarına baxmayaraq "Allahın Evini" ziyarət edə bilərlər. Hər bir müsəlman İslam adət-ənənəsinə əməl edərək sakitcə öz dini borcunu yetirə bilər. Onlar siyasi və dini mənsubiyyətlərinə görə sıxışdırılmamalıdırlar.

İran Parlament nümayəndələri Səudiyyə Ərəbistanından müsəlmanlar arasında təfriqə yaratmaq istəyən ifratçı Vəhhabi qüvvələrinə şərait yaradılmamasını da istəyib, eləcə də Məkkə və Mədinəni ziyarət etmək istəyən iranlı zəvvarların təhlükəsizlyinin təmin edilməsini tələb edib.

Son vaxtlar iranlı zəvvarlar "şiə" olduqları üçün Səudiyyə Ərəbistanında təhqir olunmalarını, təhlükəsizlikləri ilə bağlı narahatçılıqlarını İran dövlətinə bildiriblər.

Xəbər lenti

Xəbər lenti