...

Azərbaycanın solçu partiyası müxalifətin referendum əleyhinə təbliğat kampaniyasını arqumentsiz sayır

Siyasət Materials 5 Mart 2009 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir C.Babayeva /  

Soltəmayüllü Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) müxalifətin referendum üzrə təşviqat qruplarının fəaliyyətini zəif qiymətləndirir.

"Müxalifətin referendumun əleyhinə təbliğat kampaniyası arqumentsizdir. Referendumun qarşısını almaq mümkün deyil. Buna çalışmaq istəyənlər stəkanda fırtına yaratmaq istəyirlər", - cümə axşamı Trend -a ASDP həmsədri Araz Əlizadə bildirib.    

Trend -un arayışı: Azərbaycanda referendumla bağlı yaradılmış təşviqat qrupları fevralın 18-dən etibarən təşviqat kampaniyasına start veriblər. Referendum üzrə qəbul olunmuş təqvim planına əsasən, təşviqat kampaniyası martın 16-sı gecə saat 24:00-da bitməlidir.

Təşviqat qrupları üçün İctimai Televiziyada pulsuz efir vaxtı şənbə günü 18:15-dən 19:45-dək, İctimai Radioda isə çərşənbə günü 20:15-dən 21:45-dək ayrılıb.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

"Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka" təşviqat qrupları referendumun lehinə, müxalifət partiyalarının "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları isə əleyhinə təbliğat aparır.

Əlizadənin sözlərinə görə, müxalifətin referendumu antidemokratik adlandırması ondan xəbər verir ki, onların demokratiyadan xəbəri yoxdur. "Referendum demokratiyanın ən yüksək həddidir. Referenduma çıxarılan məsələlərin arasında antidemokratik əlavə və ya dəyişiklik görmürəm. Əksinə, demokratiyaya doğru addımlar var", - ASDP həmsədri deyib.

Trend -un arayışı: ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədrləri Araz Əlizadə və Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra, Mütəllibov ilk prezident seçilib. Sonra onun barəsində cinayət işi açılıb və 1992-ci ildən indiyədək Rusiyada mühacirətdə yaşayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti