...

Nazirlərin görüşü Gürcüstanın NATO-ya daxil olma prosesinin sürətlənməsinə təsir etməlidir – parlament spikeri

Siyasət Materials 5 Mart 2009 14:17 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 mart / Trend , müxbir N. Kirtsxaliya /

Gürcüstan parlamentinin spikeri David Bakradze NATO-nun bugünkü nazirlər iclasında ABŞ-ın yeni hökuməti tərəfindən dəstək gözləyir.  

"Gürcüstan tərəfi dekabr ayında alyansdan aldığı mexanizmlərin tez bir zamanda işə düşməsini istəyir", - jurnalistlərə müsahibəsində Bakradze bildirib. Onun sözlərinə görə, nazirlərin görüşü Gürcüstanın NATO-ya daxil olma prosesinin sürətlənməsinə təsir etməlidir. 

NATO-nun nazirlər iclası bu gün Brüsseldə keçiriləcək, daha sonra NATO-Gürcüstan kommissiyasının iclası baş tutacaq.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti