...

Azərbaycan prezidenti BMT-nin ölkədəki rezident əlaqələndiricisini qəbul edib

Siyasət Materials 5 Mart 2009 14:19 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı BMT-nin ölkədəki rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rəhbəri Bruno Puezanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib,  
məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.   
Dövlət başçısı Azərbaycanla BMT arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb və tərəfdaşlıq əlaqələrinin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Pueza Azərbaycanın BMT-nin İnsan Hüquqları Komissiyasına təqdim etdiyi hesabatın yüksək qiymətləndirildiyini və bunun davamlı inkişafın nəticəsi kimi dəyərləndirildiyini vurğulayıb.
Görüşdə Azərbaycanın BMT ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti