...

Iran Beynəlxalq Cinayət Məhkəməsinin Sudan prezidentinə qarşı çıxardığı qərarı tənqid edib

Siyasət Materials 5 Mart 2009 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend  /

Iran Xarici İşlər Nazirliyinin sözçüsü Beynəlxalq Cinayət Məhkəməsinin Sudan prezidentinə qarşı çıxardığı qərarı tənqid edib. Bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.

"Sudan prezidentinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ədalətsiz qərardır. Bu qərar siyasi məqsədlərlə verilib və belə qərarın qəbul edilməsini düzgün saymıram", - deyə İran XİN-in sözçüsü Həsən Qəşqavi cümə axşamı Tehranda jurnalistlərə bildirib.

Qəşqavi deyib ki, Livan, Fələstin, Əfqanıstan və digər ölkələrdə baş verən cinayətlərə Haaqa məhkəməsi heç bir reaksiya vermir. Haaqa məhkəməsinin bu qərarı aşkar şəkildə ədalətsizlikdir.

O əlavə edib ki, Haaqa məhkəməsi 1961-ci ildə Vyanada qəbul edilmiş konvensiyanı və ölkə rəhbərlərinin toxunulmazlığını pozur.

Martın 4-də Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Darfurdə hərbi cinayətlər törətməkdə ittiham olunan Sudan prezidentinin həbsi ilə bağlı qərar verib.

Xəbər lenti

Xəbər lenti