...

"Manas" - ABŞ və Rusiya üçün dialoq meydanıdır

Siyasət Materials 6 Mart 2009 09:08 (UTC +04:00)
"Manas" - ABŞ və Rusiya üçün dialoq meydanıdır

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir E.Tariverdiyeva /

"Qırğızıstanın yüksək çinli məmurlarının "Manas"dakı Amerika hərbi bazasının bağlanılması barədə ziddiyətli bəyanatları Rusiyanın ABŞ-la dialoq üçün yeni meydanda maraqlı olması ilə izah oluna bilər", - ekspertlər hesab edir.

"Hələ məlum deyil ki, danışıqlar Rusiyanın iştirakı ilə keçəcək ya yox, ancaq deyəsən, Rusiya "Manas"ı ABŞ-la qlobal planda ticarət elementi kimi ortaya çıxarıb və o, başqa məsələlərdə də "xırda pul" kimi istifadə olunacaq", - Mərkəzi Asiya üzrə ekspert Stanislav Pritçin deyib.

Qırğızıstan Prezidenti Kurmanbek Bakiyevin Britaniya telekanalı BBC-yə verdiyi müsahibəsində "Manas"dakı aviabazanın bağlanılması ilə bağlı ABŞ-la danışıq aparmağa hazır olduqlarını bildirib.

BBC-nin müxbirinin bu bazanın bağlanılmaması variantının olub-olmaması barədə sualını cavablandırarkən Qırğızıstan Prezidenti deyib: "Hazırda danışıqlar aparılmır, amma mən demək istərdim ki, qapılar bağlı deyil və biz Əfqanıstandakı durumun həll olunması üzrə ABŞ hökümətinin təkfli etməyə hazır olduğu bütün variantları nəzərdən keçirə bilərik".

Ancaq Bakiyevin mətbuat katibi Almas Turdumamatov matın 5-də "Röyters" agentliyinə müsahibəsində deyib ki, Qırğızıstan özünün "Manas"la bağlı qərarına yenidən baxmayacaq.

"(Aviabazanın bağlanılması haqda) Qərar qəbul edilib, (baza ilə bağlı) müqavilə parlament tərəfindən ləğv edilib. Ancaq Əfqanıstandakı durumla bağlı danışıqlar üçün qapılarımız açıqdır", - Turdumamatov deyib.

Bazanı bağlamaq haqqında qərarı Prezident Bakiyev, rusiyalı həmkarı Dmitri Medvedyevlə Moskvadakı danışıqlardan sonra, fevralın 3-də bəyan edib. Elə həmin gün Rusiyanın Qırğızıstana 2 milyard dollar kredit verəcəyi barədə məlumat verildi.

Konstitusion Qanunvericiliyi, Dövlət Quruculuğu, Qanunilik və İnsan Hüquqları Komitəsi Prezident Bakiyevin "Manas" aviabazasının bağlanılması ilə bağlı qərarını dəstəkləyib.

Müdafiə və beynəlxalq komitələr də sərəncamı dəstəkləyib.

"ABŞ martın 5-də Qırğızıstan tərəfini öz hərbi kontingentini aviabazadan çıxarmağa hazır olması haqqında məlumatlandırıb", - cümə axşamı Qırğızıstan XİN rəhbəri Kadırbek Sarbayev, ölkənin parlamentinin müdafiə komtəsinin iclasında deputatların suallarını cavablandırarkən deyib", - RİA Novosti xəbər verir.

Aviabaza 2001-ci ilin dekabrında BMT mandatı üzrə koalisiya qüvvələri tərəfindən Əfqanıstanda həyata keçirilən "Sarsılmaz azadlıq" anti-terror əməliyyatına dəstək məqsədilə açılıb. Orada 1,2 min ABŞ hərbiçisi, hərbi-nəqliyyat təyyarələri və benzindolduranlar yerləşib. Fevralın 20-də Qırğızıstan XİN ABŞ hökümətini avaiabazada Amerika hərbi mövcudluğu müqaviləsinin qüvvədən düşməsi barədə rəsmən məlumatlandırıb.

Müşahidəçilərin fikrincə, Qırğızıstanın yüksək çinli məmurlarının ziddiyytəli açıqlamaları və "Manas" məsələsi ilə bağlı qeyri-müəyyənliklər Rusiyanın ABŞ-la dialoq üçün yeni meydanda maraqlı olması ilə izah olunur.

Qırğız politoloq Orozbeka Moldaliyevin fikrincə, Amerika tərəfi Rusiyanın razılığını alıb, bu mümkündür. "Çünki Rusiya belə məsələlərin birbaşa Bişkeklə yox, Moskva vasitəsilə həll olunmasına çalışırdı", - Trend -a Bişkekdən telefonla Moldaliyev deyib.

Rusiya, onun fikrincə, regionda kimin həlledici səsə malik olduğunu nümayiş etdirməli idi.

Pritçinin fikrincə, "Manas"ın bağlanması ilə bağlı məsələ bitməyib, çünki Bakiyev hazırda oranın baza yox, yükboşaltma məntəqəsi kimi yararlanmaq variantını irəli sürməklə dialoq üçün yeni meydan yaratmağa çalışır. Onun sözlərinə görə, baza fəaliyyət göstərəcək, amma bu başqa formatda və başqa ödəmə şərtləri ilə baş tutacaq.

"Bir tərəfdən bu, Rusiya üçün qəbuledilməzdir, çünki hamının ondan boyun qaçırmalarına baxmayaraq əvvəlki müqavilələrin hamısı şəffaf və aydındır. Ancaq digər tərəfdən Rusiya Əfqanıstandakı durumun sabitləşdirilməsində maraqlıdır", - Trend -a Moskvadan telefonla "Nezavisimaya Qazeta"nın icmalçısı Pritçin deyib.

Onun sözlərinə görə, üstəlik Rusiya yüklərin Əfqanıstana yeni məntəqələr açılmayaraq, məhz Mərkəzi Asiyadakı bu baza vasitəsilə getməsində maraqlıdır.

Mərkəzi Asiya üzrə britaniyalı ekspert Neyl MakFarleynin fikrincə, Bakiyev amerikalıların Əfqanıstandakı qoşunlarının sayının artırılması ilə əlaqədar olaraq "Manas"ın getdikcə daha çox əhəmiyyət qazanmasını nəzərə alaraq, amerikalıların nə qədər çox pul verməyə hazır olduqlarını yoxlamaq istəyir.

"Rusiya amerikalılardan daha çox dotasiya almaq üçün bu oyunda sadəcə alət də ola bilər", - Trend -a elektron poçtla "Çethem Haus" ingilis tədqiqat mərkəzinin eksperti MakFarleyn deyib. Onun fikrincə, Bakiyevin bəyanatı Mərkəzi Asiyada Rus-Amerika təhlükəsizlik müqaviləsinin səmərələliyinin mümkünlüyündən xəbər verir.

Qırğız politoloqun fikrincə, Prezident Bakiyevin bəyanatı Moskva üçün özünə məxsus siqnal da ola bilər.

Onun sözlərinə əsasən, Rusiyadan 2 milyard dollar kreditin alınması barədə imzalanan sənəd Qırğızıstan üçün hələ kreditin əldə olunması demək deyil.

"Bir var, Rusiya ilə müqavilə imzalayasan - hansı ki, bu növ müqavilələrdən Qırğızıstanda çoxdur. Bir də var ki, müqavilə həyata keçirilsin", - Moldaliyev deyib. "Ola bilər ki, Rusiyanın 1,5 milyon dollar təşkil edən ilkin köçürməsində problemlər yaranır və Bakiyevin Rusiyaya təzyiq kimi qiymətləndirilən bəyanatı bu səbəbdən irəli gəlib", - Moldaliyev bildirib.

Orta Asiya üzrə avropalı ekspert Niklas Svanstrom isə hesab edir ki, müəyyən mənada bu addım dialoq üçün səbəb ola bilər. Bir tərəfdən də Rusiyanın Orta Asiya regionunda ABŞ ordu birləşmələrinin sayını azaltmaq niyyəti olduğundan, bu, Rusiya Federasiyasına etibarsızlıq kimi də dəyərləndirilə bilər.

"Bu, Rusiya ilə ABŞ arasında etibarsızlığa səbəb ola bilər. Mənə aydın olan Rusiyanın ABŞ qoşunlarının regiondan çıxardılması istəyi idi", - Trend -la telefon bağlantısı zamanı Stokholmdan İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svanstrom deyib.

Onun fikrincə, belə bəyanatlar verərək Qırğızıstan ABŞ-la münasibətləri xilas etməyə çalışır.

Materialın hazırlanmasında V.Javoronkova iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti