...

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi zəruridir - Prezidentinin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 6 Mart 2009 10:57 (UTC +04:00)
Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi zəruridir - Prezidentinin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir K.Zərbalıyeva /

Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zəruridir, Trend -un məlumatına görə, bu haqda cümə günü "Azərbaycan Respublikasında 18 mart referendumunun siyasi və hüquqi əsasları" mövzusunda keçirilən beynəlxalq konfransda Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

"Cəmiyyətin ehtiyacları və yaxud ölkənin öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər hətta ən mütərəqqi konstitusiyalara dəyişikliyi zəruri edə bilər", - Ələsgərov deyib.

Trend -un arayışı: Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Ələsgərov bildirib, Avropa ölkələrində son 20 il ərzində Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ona dəlalət edir ki, hətta siyasi, iqtisadi, hüquqi sistemləri bir-birinə yaxın olan ölkələr eyni və ya oxşar məzmunlu konstitusiyalara malik ola bilməzlər.

Onun sözlərinə görə, hər bir dövlət xalqın maraqları baxımından prioritet hesab etdiyi müddəaları konstitusiyaya daxil edə bilər və həmin müddəaların həyata keçirilməsi üçün daha yüksək hüquqi təminatlar müəyyənləşdirə bilər.

"Azərbaycan xalqı Konstitusiyada qeyd olunan hüququndan istifadə edib, referenduma çıxarılan məsələlərə öz münasibətini bildirəcək", - Ələsgərov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti