...

Münaqişə edən tərəflərin istəyi olmasa nə Rusiya, nə də ABŞ Qafqazdakı münaqişələri həll edə bilməz – amerikalı politoloq Zbiqnev Bjezinski

Siyasət Materials 6 Mart 2009 15:52 (UTC +04:00)
Münaqişə edən tərəflərin istəyi olmasa nə Rusiya, nə də ABŞ Qafqazdakı münaqişələri həll edə bilməz – amerikalı politoloq Zbiqnev Bjezinski

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir E.Ostapenko /

Amerikanın aparıcı politoloqu Zbiqnev Bjezinski hesab edir ki, Cənubi Qafqazdakı ərazi münaqişələrinin həlli ABŞ və Rusiya kimi dövlətlərdən daha çox münaqişə edən tərəflərin güzəştə gedə bilməsindən asılıdır.  

"Mən əminəm ki, nə Rusiya, nə də ABŞ təklikdə bu problemləri həll edə bilməz", - Trend -la telefon bağlantısı zamanı keçmiş Prezident Cimi Karterin administrasiyasında milli təhlükəsizlik üzrə eks-müşavir, Cons Hopkins Universitetinin professoru Bjezinski deyib.  

Cənubi Qafqazda iki həllini tapmamış münaqişə mövcuddur - Ermənistanın Dağlıq Qarabağa ərazi iddiası üzündən Ermənistanla Azərbaycan arasında və bu yaxınlarda Gürcüstanda başlayan, Abxaziya ilə Cənubi Osetiyanın Gürcüstandan ayrılaraq özlərini müstəqil elan etmələri ilə nəticələnən münaqişə. Bununla yanaşı, 1993-cü ildən etibarən Yerevanın "erməni soyqırımı" adlı antitürk siyasəti və Azərbaycan ərazilərinin 20% işğalı səbəbindən Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr kəsilib.

Bjezinskinin fikrincə, münaqişəyə cəlb olunmuş tərəflər ya güzəştə getməlidirlər, ya da bu və ya digər səbəbdən status "kvo" üzərində durmalıdırlar. Onun sözlərinə görə, bu o demək deyil ki, tərəflərə kənardan yardım olunmayacaq, sadəcə münaqişəyə cəlb olunmuş tərəflərin problemin həlli prosesinə olan münasibətləri çox vacibdir. 

"Belə çətin prosesdə tərəflərin güzəştə getmək bacarıqları problemin həlli istiqamətidə çox vacib amildir. Ona görə də ABŞ və Rusiyanın dondurulmuş problemlərin həlli istiqamətindəki imkanlarını şişirtmək lazım deyil", - Bjezinski qeyd edib.  

Bjezinskinin fikrincə, Moskvanın Gürcüstanda alovlanan münaqişələrə birbaşa müdaxiləsi Rusiyaya prorblemin həlli istiqamətində heç bir potensial vermir.

"Rusiya bu tip problemlərin həllində dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət tələb edən  beynəlxalq prinsiplərə əsaslanıb diplomatik təşəbbüs göstərərsə, münaqişələrin həlli istiqamətində yardımçı ola bilər", - Bjezinski vurğulayıb.  

"Elə bu yolla da Birləşmiş Ştatlar yardımçı ola bilər", -  Bjezinski əlavə edib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti