...

Sabiq müdafiə naziri Gürcüstana gələrsə, hökumət qanun çərçivəsində hərəkət edəcək

Siyasət Materials 7 Mart 2009 12:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvilinin Gürcüstana gələrsə, yerli hüquq-mühafizə orqanları onunla qanun çərçivəsində davranacaqlar.

"Biz şəxsi motivlərimiz yox, qanun əsasında hərəkət edəcəyik", - DİN rəhbəri Vano Merabişvili "Rustavi 2" telekanalının efirində deyib.

Gürcüstan məhkəməsi tərəfindən korrupsiyaya görə məhkum edilmiş Okruaşvili axtarışdadır. Onun Fransada gizləndiyi söylənilir. Gürcüstanda müxalifətin fəallaşmasından sonra onun mümkün qayıdışı haqda söhbətlər gəzməyə başlayıb.

Sabah Okruaşvilinin Gürcüstanın "Birinci Kanal"ı vasitəsilə müraciət etməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti