...

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup qadına fəxri adlar verilməsi haqda sərəncam imzalayıb

Siyasət Materials 7 Mart 2009 18:36 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup qadına fəxri adlar verilməsi haqda sərəncam imzalayıb. Məlumatı Azərtac Dövlət informasiya agentliyi yayıb. Sərəncama görə Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə Şükürova Gülbahar Müzəffər qızı, Tağıyeva Asya Səttar qızı və Tapdıqova Şəbnəm İlyas qızına Azərbaycan Respublikasının əməkdar artisti , Cabbarova Elmira Əliağa qızı, Kərimova Neylüfər İbad qızı, Mehdiyeva Həlimə Səttar qızınaAzərbaycan Respublikasının əməkdar müəllimi , İbrahimova Səmayə Nəriman qızı,Məmmədova Solmaz Abbasqulu qızına Azərbaycan Respublikasının əməkdar həkimi adə verililib.
Ölkə başçısını imzaladığı sərəncama görə Azərbaycan Respublikasında mədəniyyət və səhiyyə sahələrində xidmətlərinə görə Şərifova Firəngiz Abbas Mirzə qızı "Şöhrət" ordeni ilə , Babayeva Təranə Əli Paşa qızı, Cəlilova Tünzalə Əhməd qızı və İbrahimova Dilarə Yusif qızı "Tərəqqi" medalı ilə təltif olunub. 

Məqalə müəllifi ilə əlaqə : [email protected]


Xəbər lenti

Xəbər lenti