...

Almaniya və Türkmənistan ekoloji təhlükəsizlik məsələlərini öyrənir

Siyasət Materials 10 Mart 2009 17:54 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 10 mart / Trend , müxbir E.Həsənov /

"Almaniya və Türkmənistan hökümətlərarası səviyyədə ekoloji təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın prioritet və perspektivlərini müzakirə ediblər", - rəsmi türkmən mənbəyi məlumat verir.

Almaniyanın ətraf mühitin mühafizəsi, təbiətin qorunması və nüvə təhlükəsizliyi nazirinin müavini Mixael Müllerin rəhbərliyi ilə Aşqabada gəlmiş rəsmi nümayəndə heyətində Təbiətin Qorunması Federal Agentliyinin ekspert qrupu, "M.Zukkov" fondunun nümayəndələri, Almaniya Texniki Yardım Cəmiyyəti (GTZ) və Almaniya Enerji Agentliyinin (DENA) nümayəndələri yer alıb.

Görüşlərin yekununda tərəflər arasında ətraf mühitin qorunması sahəsində niyyətlər üzrə birgə bəyannamənin imzalanması planlaşdırılır.

Artıq Türkmənistanın Sənaye və Energetika Nazirliyi və Təbiətin Mühafizəsi Nazirliyində bir sıra görüşlər keçirilib. Sabah Aşqabadda milli təbiət parkı zonası və Türkmənistanın meşə resurslarının idarə edilməsinin inkişafına həsr edilmiş bir neçə beynəlxalq forum baş tutacaq. İqlimin dəyişməsi və onun nəticələrinin qarşısının alınmasına yönəldilmiş bir sıra layihələr də alman strukturların dəstəyi ilə həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti