...

Avqustda həlak olmuş əsgərlərin ailələri Tbilisidə mənzillərlə təmin olunacaq

Siyasət Materials 10 Mart 2009 19:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 mart / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstan Prezidentinin qərarına əsasən, avqustda həlak olmuş əsgərlərin ailələrindən 170-i Tbilisidə, hava limanı yolu yaxınlığındakı hərbi şəhərcikdə mənzillərlə təmin olunacaqlar.

Bu qərar barədə Prezident "Avlabari" iqamətgahında görüşdüyü həlak olmuş əsgərlərin həyat yoldaşlarının bəzilərinə bildirib.

Görüşdə müdafiə naziri David Sixarulidze də iştirak edib. Onun sözlərinə görə, həlak olanların sadəcə 15 faizinin Tbilisidə qeydiyyatda olmasına baxmayaraq, onların hamısı mənzillə təmin olunacaq.

Hərbi şəhərcikdə yaşayış mənzillərinin tikintisi sentyabrın sonuna kimi tamalanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti