...

Azərbaycanın müxalifət partiyası referendumu boykot qərarının əleyhinədir

Siyasət Materials 12 Mart 2009 11:57 (UTC +04:00)

Azərbaycan, Bаkı, 12 mart  / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın müxalifətyönlü partiyası referendumu boykot qərarının əleyhinədir.

"Belə hesab edirəm ki, Azərbaycanda hər hansı seçki prosesini boykot etməyin heç bir mexanizmi yoxdur", - cümə axşamı Trend -a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Тrend Nеws-un arayışı: Azərbaycanın bir qrup müxalif partitası və ictimai təşkilatının təsis etdiyi "Qarabağ və Respublika Uğrunda Hərəkat" bir neçə gün öncə referendumu boykot etmək barədə qərar qəbul edib.

Azərbaycanda referendumla bağlı təsis edilən təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər.

Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Rüstəmxanlının sözlərinə görə, onun rəhbərlik etdiyi partiya Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı bir neçə müxalif partiyanın və ictimai təşkilatın təsis etdiyi "Qarabağ və Respublika Uğrunda Hərəkat" təşviqat qrupuna qoşulmaq haqda qərar versə də, bu qrupun heç bir toplantısında iştirak etməyib. "Bunu səbəbi mənim uzun müddət ölkədə olmamağımla bağlı olub. Amma həmin təşviqat qrupunun son günlər qəbul etdiyi boykot qərarı ilə razılaşmıram", - VHP sədri əlavə edib.

Onun fikrincə, referenduma çıxarılan əlavə və dəyişiklikləri dəstəkləməsələr də, hər kəsin mövqeyini səsvermə zamanı ortaya qoymasının tərəfdarıdır. "Boykot olduqca səhv qərardır. Çünki insanların səsverməyə getməməsi onları daha da passivləşdirir", - Rüstəmxanlı deyib.

Vətəndaş Həmrəyliyi Partiyası Milli Azadlıq Hərəkatının liderlərindən olan Rüstəmxanlının rəhbərliyi altında 1992-ci il sentyabrın 26-da bir qrup ziyalı tərəfindən yaradılıb. 1992-ci il noyabrın 3-də dövlət qeydiyyatına alınan VHP 1995, 2000, 2005-ci illərdə parlament, 2003-cü il prezident, 1999, 2004-cü il bələdiyyə seçkilərində iştirak edib. Partiyanın sədri millət vəkili, xalq şairi Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkisində isə prezidentliyə namizəd olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti