...

Rusiya 2012-ci ildən sonra da Qəbələ RLS-in istifadəsini davam etdirmək istəyir - Rusiya XİN

Siyasət Materials 12 Mart 2009 13:54 (UTC +04:00)
Rusiya 2012-ci ildən sonra da Qəbələ RLS-in istifadəsini davam etdirmək istəyir - Rusiya XİN

Azərbaycan, Bakı, 12 mart / Trend , E.Rüstəmov /

"Rusiya müqavilə bitdikdən, 2012-ci ildən sonra da Azərbaycandakı Qəbələ RLS-in istifadəsini davam etdirmək istəyir", - bu gün Bakıda, Rusiya XİN-in rəhbəri Sergey Lavrov deyib.

"Rusiya Azərbaycan tərəfi ilə Qəbələ RLS-dən istifadə üzrə əməkdaşlıqda maraqlıdır və bunu azərbaycanlı həmkarlarımızla razılaşmalar vasitəsilə həyata keçirəcəyik", - Lavrov Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarovla danışıqlardan sonra deyib.

Məmmədyarovun sözlərinə görə, Azərbaycan Rusiyanın 2012-ci ilə qədər icarəyə götürdüyü və raket buraxılışlarının xəbərdarlıq edilməsi üçün ABŞ-a birgə istifadə məqsədilə təklif etdiyi Qəbələ RLS-i hələ ki, üçüncü ölkənin istifadəsinə vermək fikrində deyil.

"Qəbələ RLS-in ötürülməsi haqda məsələ gündəmdə deyil", - Məmmədyarov rus həmkarı ilə danışıqlardan sonra deyib.

Qəbələ RLS üzrə Rusiya-Azərbaycan müqaviləsi 2002-ci ildə 10 il müddətinə imzalanıb. RLS üçün illik icarə haqqı 7 milyon dollar təşkil edir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti