...

Azərbaycanda aparılan sorğuda iştirakçıların 71,4 faizi referendumda iştirak edəcəyini deyib

Siyasət Materials 13 Mart 2009 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycanda keçiriləcək referendumla bağlı keçirdiyi rəy sorğusunun və təbliğat-təşviqat kampaniyasının monitorinqinin nəticələrini açıqlayıb.

Sorğuda 1660 müsahibə alınıb. Sorğu iştirakçılarının 71.4 faizi referendumda iştirak edəcəyini, 17.9 faizi hələ qərar vermədiyini, 10.7 faizi isə iştirak etməyəcəyini deyib, cümə günü Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirilən brifinqdə qurumun Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib.

Monitorinq martın 1-dən 6-dək ölkənin bütün ərazisini əhatə edib. Sorğu iştirakçıları Konstitusiyaya təklif olunan 29 maddənin hər birinə öz münasibətini bildiriblər. Kiçik faiz fərqləri olmaqla iştirakçılar ümumilikdə bütün əlavə və dəyişiklikləri dəstəklədiklərini qeyd ediblər.

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Yaqubovanın sözlərinə görə, referendumda "exit-poll" aparmaq üçün Mərkəzi Seçki Komissiyasında akkreditə olunublar.

Müşahidəçilik missiyasını isə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyasının (AVCİYA) seçki qərargahı aparacaq. Qərargahın rəhbəri Məhərrəm Zülfüqarlı tədbirdə deyib ki, təşkilat 118 dairənin 3000 məntəqəsində müşahidəçilik missiyasını həyata keçirəcək.

"Exit-poll"un yekun nəticələri referendumdan sonrakı gün açıqlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti