...

Türkmənistan Xarici İşlər Nazirliyi "assosiasiya" olunmuş üzvlüyü rəsmiləşdirmək üçün ECO-ya nota göndərib

Siyasət Materials 14 Mart 2009 14:35 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 14 mart / Trend , müxbir H.Həsənov /

XİN press-relizində deyilir ki, Türkmənistan Xarici siyasət idarəsi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) katibliyinə təşkilatda assosiasiya olnmuş üzv kimi iştirakına dair lazımi prosedurların aparılması xahişi ilə müraciət edib.

ECO-ya üzv ölkələrin martın 11-də Tehranda sammiti baş tutmuşdu. Sözügedən sammitdə Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədov ölkəsinin təşkilatda yeni keyfiyyətdə üzv qalmaq istəyini bildirdi. Bu istək Türkmənistanın BMT tərəfindən də 12 mart 1995-ci ildə dəstəklənmiş "Türkmənistanın daimi neytrallığı" qətnaməsinə arxalanaraq ölkənin neytral xarici siyasət yürütdüyünə əsaslanır.  

"Türkmənistan ECO-nu regionda sosial-iqtisadi inkişafı təmin edən təşkilat kimi görür", - press-relizdə deyilir.  

Şənbə günü Milli televiziyada çıxış edən Berdımuhəmmədov deyib ki, Türkmənistanı təşkilata üzv ölkələrlə təkcə ECO deyil, əsrlər boyu sürən qardaşlıq və dostluq əlaqələri birləşdirir. Prezident təşkilata üzv ölkələrlə Türkmənistanın bir sıra layihələrini də xüsusi qeyd edib. 

"Türkmənistanın təşkilatdakı yeni statusu ölkəyə ECO çərçivəsində bu və ya digər layihələrdə iştirak etmək üçün sərbəst qərar verməyə imkan yaradacaq. Üzv ölkələrlə bağlı ikitərəfli əlaqələrə gəlincə, onlar Türkmənistanın xarici siyasəti ilə milli maraqları nəzərə alınmaqla daha da inkişaf etdiriləcək", - Berdımuhəmmədov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti