...

Azərbaycan prezidenti MTN-nin mədəniyyət mərkəzinin təmir edilmiş binası ilə tanış olub

Siyasət Materials 14 Mart 2009 20:21 (UTC +04:00)

Martın 14-də Azərbaycan prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin və həmin mərkəzin nəzdində fəaliyyət göstərən musiqi məktəbinin əsaslı təmir edilmiş binaları ilə tanış olub. Xəbəri AzərTac dövlət agentliyi yayıb.
Dövlət başçısını burada milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov qarşılayıb.
Prezident İlham Əliyev Azərbaycanın xalq rəssamı, dünya şöhrətli fırça ustası Tahir Salahovla səmimi söhbət edib.
Dövlət başçısı əvvəlcə Mərkəzdə yaradılmış Heydər Əliyev muzeyində olub. Milli Təhlükəsizlik Nazirliyinin arxivlərindən və dövlət arxivindən götürülmüş, çoxu ilk dəfə nümayiş etdirilən fotoşəkillərlə tanış olub.
Dövlətimizin başçısı Mərkəzin 352 tamaşaçı yeri olan, ən müasir avadanlıqla təchiz edilmiş konsert salonuna, VİP-otağa, fəxri qonaqlar üçün lojalara baxıb.
Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini əks etdirən kiçik fotoekspozisiya ilə də tanış olub. Mərkəzin 100 yerlik kiçik salonunda ümummilli lider Heydər Əliyevin ölkənin milli təhlükəsizlik sisteminin təşəkkülündə rolundan bəhs edən sənədli filmə baxıb.
Sonra dövlət başçısı Mərkəzin binasına bitişik, uşaq vaxtı özünün oxuduğu musiqi məktəbinə gəlib. Məktəbin direktoru, vaxtilə gənc İlham Əliyevin müəllimi olmuş Nailə Kərimova 1969/1970-ci tədris ilinə aid qiymət cədvəlini prezidentə təqdim edib. Bu sənəddən görünür ki, fortepiano sinfində oxuyan İlham Əliyev yalnız əla qiymətlər alırmış.
Prezident İlham Əliyev musiqi məktəbi şagirdlərinin çıxışlarını dinləyib, daha sonra fotoekspozisiya ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti