...

Abxaziya Ali Şurasının sədri postu tərk edir

Siyasət Materials 16 Mart 2009 11:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 mart / Trend , müxbir N.Kirtsxaliya /

Abxaziya Ali Şurasının sədri Temur Mjaviya öz postunu tərk edir. Muxtar Respublikanın legitim strukturlarından verilən məlumata görə, Mjaviya bunu Ali Şuranın bu gün keçiriləcək iclasında elan edəcək.

Mjaviyanın bildirdiyinə görə, beş illik sədrlik müddəti başa çatıb və onun vəzifəsini digəri icra edəcək. Yeni seçkilər istefadan sonra on gün ərzində təyin edilməlidir. Bunadək sədr vəzifəsini Mjaviyanın müavini Qiya Qvazava icra edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti