...

Azərbaycanın şəhərlərində referendumla bağlı maarifləndirmə daha yaxşı aparılıb

Siyasət Materials 16 Mart 2009 14:08 (UTC +04:00)

Azərbaycan, Bаkı, 16 mart  / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə bigə işçi qrup referendumla bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb.

"Gəncə, Lənkəran, Şirvan və Mingəçevir şəhərlərində əhalini referenduma dair maarifləndirmə səviyyəsi yüksək olub", - bigə işçi qrupun üzvü, "Qaynar Xətt" xidmətinin rəhbəri Şahin Camalov bazar ertəsi Trend Xəbərlər Şirkətində keçirilən tədbirdə bildirib.

Тrend Nеws-un arayışı: Azərbaycanda referendumla bağlı təsis edilən təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər.

Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Camalovun sözlərinə görə, bu şəhərlərdə əhali referendumla bağlı maarifləndirmə prosesində aktiv iştirak edib. "Bu işdə onlara qismən də olsa təşviqat qrupları kömək edib", - qrupun üzvü əlavə edib.

Onun fikrincə, monitorinq aparılan rayonlarda isə bir qədər fərqli nəticələr alınıb. "Rayonlarda əhalinin referenduma dair maariflənmə səviyyəsi şəhərlərə nisbətən zəif olub. Söhbət apardığımız əhalinin çöx hissəsi aryı-ayrılıqda Konstitusiyada dəyişiklik və əlavələr təklif olunan maddələrin bir çoxu haqda məlumatlı və fikir yürüdə bilmək imkanında olsalar da, onların siyasi aktivliyinin zəif olduğu nəzərdən qaçmayıb", - Camalov qeyd edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti