Avstriya, Vyana, 17 mart / Trend , müxbir A.Ələsgərov /
ATƏT-in Vyanadakı Katibliyindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, ATƏT-in Bakı ofisinin yeni rəhbəri Əli Bilqe Cankorel təyin olunub.
O, bu postda diplomatik missiyası ötən ilin dekabrında başa çatan Luis Herrero Ansolanı əvəz edəcək.
Cankorel əvvəllər Türkiyənin Ukraynada fövqəladə və səlahiyyətli səfiri olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]