...

Aİ Netanyahunu İsrail ilə münasibətlərin nəzərdən keçirilməsi barədə xəbərdar edib

Siyasət Materials 17 Mart 2009 15:56 (UTC +04:00)

Benyamin Netanyahu Fələstin hökumətinin yaradılmasına qarşı çıxdığı təqdirdə Aİ Təl-Əviv ilə münasibətlərə yenidən baxacaq. İsrailin "Jerusalem Post" qəzetinin yazdığı məlumata əsasən, bu barədə Aİ-nin xarici siyasət üzrə baş komissarı Havier Solana bildirib.

Netanyahunun İsrail və Aİ-nin münasibətlərinin gələcəkdə yaxşılaşdırılması istiqamətində bəyanatının ardınca Solana bu sözləri qeyd edib.

Brüsseldə Aİ-nın xarici işlər nazirlərinin görüşü ərəfəsində mətbuat konfransında çıxış edən Solana bildirib ki, əgər İsrailin gələcək hökuməti müstəqil Fələstin hökumətinin yaradılmasında iştirak etməsə Aİ İsraillə münasibətlərə yenidən baxacaq

"Fələstinlilərlə danışıqlar məsələsi gündəlikdən çıxarılmasa Aİ İsrailin gələcək hökuməti ilə əvvəlki rejimdə işləyəcək", - jurnalistlərə müsahibəsində Solana bildirib. "Lakin danışıqlar dayandırılarsa vəziyyət başqa cür olacaq", - deyə o, əlavə edib.

İsrail qəzetinin məlumatına əsasən, bazar günü jurnalistlərə müsahibəsində Solana bildirib ki, o, Netanyahunu Fələstin və İsrail dövlətlərinin problemlərini həll edə biləcək hökumətin formalaşdırılması istiqamətində xəbərdar edib.

"İki ölkənin poblemi həlli İsrail tərəfindən təxirə salınarsa Aİ-nın İsrail höküməti ilə münasibətləri əvvəlkindən seçiləcək", - Solana bildirib.

Bazar ertəsi hökumətin formalaşdırılması tapşırığı alan "Likud" partiyasının lideri Netanyahu və "İsrail bizim evimizdir" partiyasının lideri Aviqdor Liberman koalisiya hökumətinin yaradılması istiqamətində razılığa gəliblər.

İsraildə Knessetə fevralın 10-da seçkilər keçirilib. Netanyahu "Kadima" solmərkəzçi partiyasından bir yer fərq ilə geridə qalsa da, İsrail Prezidenti Şimon Peres "Likud" partiyasının liderinə yeni Nazirlər Kabinetini formalaşdırmağı tapşırıb.

Xəbər lenti

Xəbər lenti